12px13px15px17px
Tarix:10/01/12

“Chrome” veb-səyyahında ziyanverici faylların yüklənməsini bloklayan filter olacaq

“Google” şirkəti bildirib ki, onun “Google Chrome” veb- səyyahının yeni versiyasında icra olunan ziyanverici faylların yüklənməsinə qadağa funksiyası olacaq. Bu funksiya artıq 9 aydır ki test rejimindədir.

Yeni funksiya “Google Chrome 17” veb-səyyahının beta-versiyasına əlavə edilib. Yeni funksionallıq “Safe Browsing API” texnologiyası əsasında işləyir; “qara siyahı”ya  daxil olan saytlardan istənilən faylların yüklənməsini bloklayır.

“Safe Browsing” – bu, “Google”-un kifayət qədər populyar xidmətidir. Bu xidmət vasitəsi ilə kənar əlavələr veb-domenləri fişinq və ziyanverici saytların "qara siyahı"sı üzrə yoxlayaraq öz istifadəçilərini müdafiə edə bilərlər.

“Safe Browsing API” texnologiyası istifadəçiləri potensial olaraq təhlükəli bağlantı və fayllar haqqında xəbərdarlıq edir. “Safe Browsing” texnologiyası “Google Chrome”-dan savayı “Mozilla Firefox” veb-səyyahında da geniş istifadə olunur.

Bugünkü gündə texnologiya yalnız “.exe” və “.msi” genişlənməsi olan faylları blok edir,  lakin 2012-ci il ərzində onu genişləndirmək planlaşdırılır. Lakin, “Chrome” tərtibatçıları təsdiq edirlər ki, yeni imkan belə istifadəçiləri tamamilə qorumayacaq.

"Yadda saxlayın ki, heç bir texnologiya sizi ziyanverici fayllardan heç vaxt tam olaraq qoruya bilməyəcək. Kompyuterə köçürülən fayllara həmişə ehtiyatla yanaşmaq lazımdır" – “Google” şirkətinin tərtibatçısı Dominik Xemon (Dominic Hamon) bildirib.




Baxış sayı: 1327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024