Tarix:11/01/12
Bu barədə "İCT News" elektron xəbər xidmətinə "Mədəd Azərbaycan" təşkilatının Tədqiqat və inkişaf şöbəsinin müdiri Ülkər Babayeva məlumat verib. Onun sözlərinə görə, adıçəkilən şəbəkə "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçiriləcək.
Belə ki, layihənin əsas məqsədi İngilis dilinin tədrisində Britaniya Konsulluğunun (British Council) elektron tədris resurslarından yararlanmaq və ümumiyyətlə, tədris prosesində elektron tədris resurslarından fəal istifadə edən istifadəçilərin sayını artırmaqdan ibarətdir: "Pilot olaraq bu layihə 200 müəllimi əhatə edən beş regionda – Bakı, Sumqayıt, Şirvan, Göyçay, Mingəçevir şəhərlərində həyata keçiriləcək.
Layihəni həyata keçirmək üçün "Mədəd Azərbaycan" təşkilatı tərəfindən əvvəlcədən seçilmiş 12 təlimçi üçün 6 tam günü əhatə edən 48 saatlıq təlim keçiriləcək. Burada iştirakçılara elektron resurslar və onların təlim və tədrisdə rolu, habelə ingilis dili dərslərində tətbiq edilə bilən resursların istifadəsi aşılanacaq".
Təşkilat rəsmisi bildirib ki, bu resursların mühümlüyünü anlamaq üçün müəllimlər qrup müzakirələrində iştirak edəcək: " Onlar təlimlərdə əməkdaşlıq və birgə fəaliyyət vərdişlərinə yiyələnəcək, fəal öyrənmə vasitəsilə sosial və rəhbərlik vərdişlərini inkişaf etdirmək məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirəcəklər. Biz sözlə, təlim iştirakçıların yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına yönəldilib".
Məktəblərdə İngilis dili elektron tədris resursları ilə tədris olunacaq
Azərbaycanın orta ümumtəhsil məktəblərində ingilis dili dərslərində elektron resursların istifadəsini təmin etmək və yaymaq üçün müəllimlər şəbəkəsi yaradılacaq.Bu barədə "İCT News" elektron xəbər xidmətinə "Mədəd Azərbaycan" təşkilatının Tədqiqat və inkişaf şöbəsinin müdiri Ülkər Babayeva məlumat verib. Onun sözlərinə görə, adıçəkilən şəbəkə "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçiriləcək.
Belə ki, layihənin əsas məqsədi İngilis dilinin tədrisində Britaniya Konsulluğunun (British Council) elektron tədris resurslarından yararlanmaq və ümumiyyətlə, tədris prosesində elektron tədris resurslarından fəal istifadə edən istifadəçilərin sayını artırmaqdan ibarətdir: "Pilot olaraq bu layihə 200 müəllimi əhatə edən beş regionda – Bakı, Sumqayıt, Şirvan, Göyçay, Mingəçevir şəhərlərində həyata keçiriləcək.
Layihəni həyata keçirmək üçün "Mədəd Azərbaycan" təşkilatı tərəfindən əvvəlcədən seçilmiş 12 təlimçi üçün 6 tam günü əhatə edən 48 saatlıq təlim keçiriləcək. Burada iştirakçılara elektron resurslar və onların təlim və tədrisdə rolu, habelə ingilis dili dərslərində tətbiq edilə bilən resursların istifadəsi aşılanacaq".
Təşkilat rəsmisi bildirib ki, bu resursların mühümlüyünü anlamaq üçün müəllimlər qrup müzakirələrində iştirak edəcək: " Onlar təlimlərdə əməkdaşlıq və birgə fəaliyyət vərdişlərinə yiyələnəcək, fəal öyrənmə vasitəsilə sosial və rəhbərlik vərdişlərini inkişaf etdirmək məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirəcəklər. Biz sözlə, təlim iştirakçıların yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına yönəldilib".
Baxış sayı: 2396
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib