12px13px15px17px
Tarix:11/01/12

İki ilə Bakının bütün əraziləri genişzolaqlı internetlə təmin ediləcək

"Ailə TV" şəbəkəsinin yeni qolu olan "Ailə NET" internet provayderi Bakının bütün ərazisini genişzolaqlı fiber optik internetlə təmin edəcəkdir.

Şirkətdən verilən məlumata görə, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq "Ailə TV" şəbəkəsinin yeni qolu olan "Ailə NET" internet provayderi Bakının bütün ərazisini genişzolaqlı fiber optik internetlə təmin edəcək.

Şirkətdən bildiriblər ki, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Bakı şəhərində fiber optik kanal vasitəsilə mənzillərə birbaşa genişzolaqlı internet xətləri çəkilməsi işinə başlanılıb.

Bu cür irihəcmli layihənin həyata keçirilməsini məhz "Ailə NET" internet provayderi öz üzərinə götürüb. Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, keyfiyyətli və sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradacaq.


Fiber optik şəbəkə vasitəsilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir.

Belə ki, digər şəbəkələrdə ötürülən informasiyanın həcmi meqabaytla hesablandığı halda, fiber optik kanal vasitəsilə ötürülən informasiyanın həcmi daha böyük ölçü vahidi olan terobaytla (T/bits) ölçülür.

Bu da yüksək sürətli internet deməkdir. Fiber optik şəbəkə vasitəsilə təmin olunan internetdə sürət itkisi də olmur. "Ailə NET" internet provayderi 2010-cu ildən etibarən Bakının Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya test rejimində internet xidməti göstərməyə başlamışdır. Test uğurlu alındığından hazırda şəbəkənin genişləndirilməsinə yüksək tələbat hiss olunur.

Hazırda "Ailə TV" kabel televiziyası operatoru da fiber-optik kanal vasitəsilə kabel televiziyası xidmətləri göstərməkdədir. "Ailə TV"-nin geniş kabel şəbəkəsi imkan verir ki, qısa vaxtda yüksək keyfiyyətli fiber optik internet şəbəkəsi də quraşdırılsın.

Yanvarın ilk günlərindən Bakının mikrorayonlarında fiber optik şəbəkənin quraşdırılması işinə başlanılıb. İlin sonunadək "Ailə TV" kabel televiziyası operatorunun əhatə dairəsinə daxil olan digər ərazilərdə də fiber optik internet şəbəkəsi quraşdırılacaq. Abunəçilər "Ailə TV" kabel televiziyası operatorunun və "Ailə NET" internet provayderinin xidmətlərindən eyni vaxtda istifadə edə biləcəklər.

Kabel televiziyası və internet xidmətlərindən eyni vaxtda istifadə etdikləri halda, abunəçilər daha sərfəli ödəniş həyata keçirəcəklər.

Qeyd edək ki, "Ailə NET" internet provayderinin abunəçiləri üçün xüsusi mediateka saytı da yaradılır. Abunəçilər bu saytda dünya kinematoqrafiya sənayesinin ən son istehsalı olan filmləri izləyə və yükləyə biləcəklər.

Bundan əlavə, abunəçilər qeyd olunan saytda müxtəlif kompyuter oyunları və musiqi də yükləyə biləcəklər. Bundan əlavə http://ailenet.az saytında Ailə TV şəbəkəsi vasitəsilə yayımlanan kanalları onlayn rejimdə izləyə biləcəklər.



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024