12px13px15px17px
Tarix:11/01/12

“Apple” şirkəti Amerika smartfon bazarında mövqeyini gücləndirir

“NPD” şirkəti 2011-ci ilin sonunda Amerika smartfon bazarında mobil əməliyyat sistemlərinin payını qiymətləndirib.

“Android” əməliyyat sistemi ilə işləyən qurğuların amerikalılar arasında daha populyar olduğu qeyd edilib. Lakin onların satışları 60%-dən 47%-ə qədər azalıb.

Lakin “Apple” şirkətinin “iPhone” smartfonlarının payı 26%-dən 43%-ə qədər artıb. Analitiklərin fikrincə, buna “iPhone 4S” modelinin istehsalı səbəb olub. Qeyd edək ki, “iPhone 4S” smartfonlarının ABŞ və bir sıra digər ölkələrə tədarükləri oktyabr ayının ortasında başlayıb.

Populyarlığa görə üçüncü yerdə “RİM” şirkətinin “BlackBerry” smartfonlarıdır. Lakin onların satışları 8%-dən 6%-ə enib.

“NPD” şirkəti qeyd edib ki, smartfonlar populyarlaşmağa davam edirlər. Hal-hazırda Amerika bazarında satılan 3 mobil aparatdan ikisi  "ağıllı" telefondur.




Baxış sayı: 1460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024