12px13px15px17px
Tarix:12/01/12

“Nokia” şirkətinin onlayn mağazasından hər gün 11 milyon əlavə yüklənilir

“Symbian”-a azalan marağa baxmayaraq, “StatCounter” analitik şirkətinin məlumatına əsasən, bununla belə bu əməliyyat sistemi ən populyar olaraq qalır.

Bu, həmçinin inkişaf etməkdə olan ölkələrin bazarları sayəsində “Nokia” şirkətinin onlayn mağazası rekord qırır: istifadəçilər “Nokia Store” onlayn mağazasından hər gün 11 milyondan çox əlavə yükləyirlər.

Onlayn mağazadan ən çox Hindistan istifadə edir, ikinci yerdə isə Çin gəlir. Hindlilər oyunlara, çinlilər isə hər cür proqramlara üstünlük verirlər,- hesabatda deyilir. Üçüncü yerdə Rusiya, sonra isə Braziliya və Türkiyə dövlətləri yerləşib.

“Nokia” şirkətinin onlayn mağazasından yükləmə üçün əksər hallarda “N8” və “5800 XpressMusic” istifadə edirlər, üçüncü və dördüncü yerdə kiçik fərqlə müvafiq olaraq, “Nokia 5233” və “Nokia 5230” telefonları yerləşiblər.




Baxış sayı: 1313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024