12px13px15px17px
Tarix:12/01/12

“Facebook” reklamı xəbər lentlərində göstərməyə başlayıb

“Facebook” 2011-ci ilin noyabr ayında istifadəçilərin xəbər lentlərində reklam nümayişinə başlamağı planlaşdırdığını bildirmişdi. Bir gün əvvəl isə sosial şəbəkə öz vədini yerinə yetirib və “Sponsored stories” (reklamverənlər tərəfindən ödənilmiş mesajlar) istifadəyə verib.

Əvvəlcə onlar Böyük Britaniya istifadəçilərinə, sonralar isə digər ölkələrin sakinlərinə də nümayiş olunacaq.

Reklam mesajları xəbər lentinə bannerlərdəki kimi eyni sxem üzrə yerləşdiriləcək. Əgər istifadəçi bu və ya digər brendin səhifəsində qeyd edilibsə (məsələn, layk edibsə), o zaman o, böyük ehtimalla lentində həmin brendin reklamını görəcək. Onu digər mesajlardan “Featured” yazısı üzrə fərqləndirmək mümkün olacaq.
 




Baxış sayı: 1240

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024