Tarix:12/01/12
“ComScore” şirkətinin məlumatına əsasən, “Microsoft” korporasiyasının “Bing” və digər axtarış resursları dekabr ayında 2,75 milyard axtarış sorğusu emal edərək ilk dəfə “Yahoo”nun ümumi göstəricilərini ötməyi bacarıblar.
“ComScore” şirkəti qeyd edir ki, hal-hazırda “Bing” axtarış sisteminin ABŞ-da payı 15,1% təşkil edir.
Dekabr ayının nəticəsinə əsasən, “Yahoo” axtarış sistemi 2,65 milyard axtarış sorğusu emal edib və onun bazarda payı 14,5% təşkil edir.
Bazarın lideri isə “Google” olaraq qalır. O, ştatlarda 12 milyard sorğu emal edərək 65.9% paya malikdir. “ComScore” veb-monitorinq şirkəti qeyd edir ki, axtarış sorğularının sayı trafik həcminə birbaşa təsir edir, onlar isə öz növbəsində reklam verənlər və axtarış sistemlərinin ümumi gəliri üçün əhəmiyyətli göstəricidir.
“Microsoft”un “Bing” axtarış sistemi populyarlığa görə ABŞ-da “Yahoo”nu ötüb
“ComScore” şirkəti bu gün Amerika bazarında axtarış sistemlərinin populyarlığı ilə bağlı dekabr ayının hesabatını dərc edib. Şirkətin məlumatlarına əsasən, 2011-ci ilin son ayında Amerika bazarında “Microsoft”un “Bing” axtarış sistemi “Yahoo”nu ötə bilib.“ComScore” şirkətinin məlumatına əsasən, “Microsoft” korporasiyasının “Bing” və digər axtarış resursları dekabr ayında 2,75 milyard axtarış sorğusu emal edərək ilk dəfə “Yahoo”nun ümumi göstəricilərini ötməyi bacarıblar.
“ComScore” şirkəti qeyd edir ki, hal-hazırda “Bing” axtarış sisteminin ABŞ-da payı 15,1% təşkil edir.
Dekabr ayının nəticəsinə əsasən, “Yahoo” axtarış sistemi 2,65 milyard axtarış sorğusu emal edib və onun bazarda payı 14,5% təşkil edir.
Bazarın lideri isə “Google” olaraq qalır. O, ştatlarda 12 milyard sorğu emal edərək 65.9% paya malikdir. “ComScore” veb-monitorinq şirkəti qeyd edir ki, axtarış sorğularının sayı trafik həcminə birbaşa təsir edir, onlar isə öz növbəsində reklam verənlər və axtarış sistemlərinin ümumi gəliri üçün əhəmiyyətli göstəricidir.
Baxış sayı: 1640
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib