Tarix:12/01/12
Statistikada stolüstü kompyuter, noutbuk və netbuk satışları nəzərə alınıb. Analitiklər qeyd ediblər ki, iqtisadi vəziyyətin qeyri-sabitliyi və ultrabuklara tələbatın aşağı olması ilin sonunda öz mənfi təsirini göstərib. Beləliklə, dördüncü rübün nəticəsinə əsasən, FK bazarının həcmi 2010-cu il ilə müqayisədə 1,4% azalıb.
Ən böyük istehsalçılar siyahısında əvvəlki kimi “Hewlett-Packard” (HP) şirkəti 16% göstərici ilə liderlik edir. Qeyd edək ki, 1 il əvvəl “HP” şirkətinin göstəricisi 18.8% olub. Şirkət oktyabrdan dekabra kimi 14,7 milyon fərdi kompyuter satıb.
12,9 milyon satılmış FK ilə “Lenovo” şirkəti siyahıda ikincidir: Çin şirkətinin payı 1 il ərzində 11,3%-dən 14,0%-ə qədər artıb.
Rüb ərzində 11,6 milyon kompyuter tədarük edən “Dell” şirkəti üçlüyü tamamlayır. Şirkətin payı 11,6%-dən 12,6%-ə qədər artıb.
Sonrakı yerləri “Acer” (9,8 milyon) və “ASUS” (6.2 milyon) şirkətləri tuturlar.Ümumilikdə, 2011-ci il ərzində təxminən 352.8 milyon kompyuter satılıb. Bu isə 2010-cu il ilə müqayisədə 0.5% çoxdur.
“Gartner”: 1 il ərzində kompyuter bazarının həcmi dəyişməz qalıb
“Gartner” şirkəti 2011-ci ilin dördüncü rübü və bütövlükdə 2011-ci il üzrə fərdi kompyuter (FK) bazarında apardığı tədqiqatın ilkin nəticələrini bəyan edib.Statistikada stolüstü kompyuter, noutbuk və netbuk satışları nəzərə alınıb. Analitiklər qeyd ediblər ki, iqtisadi vəziyyətin qeyri-sabitliyi və ultrabuklara tələbatın aşağı olması ilin sonunda öz mənfi təsirini göstərib. Beləliklə, dördüncü rübün nəticəsinə əsasən, FK bazarının həcmi 2010-cu il ilə müqayisədə 1,4% azalıb.
Ən böyük istehsalçılar siyahısında əvvəlki kimi “Hewlett-Packard” (HP) şirkəti 16% göstərici ilə liderlik edir. Qeyd edək ki, 1 il əvvəl “HP” şirkətinin göstəricisi 18.8% olub. Şirkət oktyabrdan dekabra kimi 14,7 milyon fərdi kompyuter satıb.
12,9 milyon satılmış FK ilə “Lenovo” şirkəti siyahıda ikincidir: Çin şirkətinin payı 1 il ərzində 11,3%-dən 14,0%-ə qədər artıb.
Rüb ərzində 11,6 milyon kompyuter tədarük edən “Dell” şirkəti üçlüyü tamamlayır. Şirkətin payı 11,6%-dən 12,6%-ə qədər artıb.
Sonrakı yerləri “Acer” (9,8 milyon) və “ASUS” (6.2 milyon) şirkətləri tuturlar.Ümumilikdə, 2011-ci il ərzində təxminən 352.8 milyon kompyuter satılıb. Bu isə 2010-cu il ilə müqayisədə 0.5% çoxdur.
Baxış sayı: 1294
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır