Tarix:13/01/12
Bundan əlavə, mikrosxemlər qrafik mühərrikdən, yüksək dəqiqlikli video emalının sürətlənməsi blokundan, təhlükəsizliyin təmin olunması vasitələrindən və enerji istehlakını idarə etmə alətlərindən ibarətdir.
“OMAP 5” platforması “3D” məzmunu, videonun 1080p formatında çəkilməsi və baxılmasını, “2D” qrafikanın real vaxt ərzində “3D” qrafikaya çevrilməsini dəstəkləyir. 28 nanometr texnoloji proses üzrə istehsal edilən yeni nəsil prosessorların “3D” materiallarla əməliyyatlar zamanı beşqat məhsuldarlıq artımı təmin edəcəkləri iddia edilib.
“CES 2012” sərgisində çıxış edən cənab Delaqi bildirib ki, “OMAP 5” prosessorları ilə işləyəcək ilk istehlak qurğuları dördüncü rübdə istehsal edilə bilər. Lakin çiplərin kütləvi tətbiq olunmasına 2013-cü ilin ilk rübündən tez başlanılmayacaq.
“OMAP 5” seriyası məhsullarının güclü smartfon, planşet kompyuterləri və digər qurğularda tətbiq olunacağı gözlənilir.
“CES 2012”: “Tİ OMAP 5” prosessorları ilə işləyən qurğular ilin sonunda istehsal oluna bilər
“OMAP 5” tərkibinə 2,0 QHz-ə qədər takt tezlikli iki “ARM Cortex-A15” nüvəsi və aşağı səviyyəli rəqəmli siqnalları idarə etmək və əsas nüvələrə yüklənməni azaltmaq üçün nəzərdə tutulmuş iki “ARM Cortex-M4” nüvəsi daxildir.Bundan əlavə, mikrosxemlər qrafik mühərrikdən, yüksək dəqiqlikli video emalının sürətlənməsi blokundan, təhlükəsizliyin təmin olunması vasitələrindən və enerji istehlakını idarə etmə alətlərindən ibarətdir.
“OMAP 5” platforması “3D” məzmunu, videonun 1080p formatında çəkilməsi və baxılmasını, “2D” qrafikanın real vaxt ərzində “3D” qrafikaya çevrilməsini dəstəkləyir. 28 nanometr texnoloji proses üzrə istehsal edilən yeni nəsil prosessorların “3D” materiallarla əməliyyatlar zamanı beşqat məhsuldarlıq artımı təmin edəcəkləri iddia edilib.
“CES 2012” sərgisində çıxış edən cənab Delaqi bildirib ki, “OMAP 5” prosessorları ilə işləyəcək ilk istehlak qurğuları dördüncü rübdə istehsal edilə bilər. Lakin çiplərin kütləvi tətbiq olunmasına 2013-cü ilin ilk rübündən tez başlanılmayacaq.
“OMAP 5” seriyası məhsullarının güclü smartfon, planşet kompyuterləri və digər qurğularda tətbiq olunacağı gözlənilir.
Baxış sayı: 718
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır