Tarix:13/01/12
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə qeyd edilib.
Dövlət başçısı qeyd edib ki, ölkələr arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Əlaqələrin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın yaxşı nəticələr verdiyini, ölkələr arasında ticarət dövriyyəsinin sürətlə artdığını deyib.
Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkənin maraqlı olduğunu qeyd edib.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədrinin ölkəyə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirib.
Öz növbəsində Pak Hi Te səfərinin əsas məqsədi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
Azərbaycana səfəri zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük tərəqqiyə nail olunduğunu bildirib.
Azərbaycan və Koreya İKT sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır
Azərbaycan və Koreya informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə qeyd edilib.
Dövlət başçısı qeyd edib ki, ölkələr arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Əlaqələrin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın yaxşı nəticələr verdiyini, ölkələr arasında ticarət dövriyyəsinin sürətlə artdığını deyib.
Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkənin maraqlı olduğunu qeyd edib.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədrinin ölkəyə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirib.
Öz növbəsində Pak Hi Te səfərinin əsas məqsədi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
Azərbaycana səfəri zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük tərəqqiyə nail olunduğunu bildirib.
Baxış sayı: 1318
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır