12px13px15px17px
Tarix:14/01/12

Turizmin inkişafı çün yeni sayt istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi (İB)  "Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması" layihəsi çərçivəsində "www.azturizm.az"  saytını hazırlamışdır.

İB-dən verilən məlumata görə, saytın məqsədi Azərbaycanda daxili turizmin inkişafına təkan verməkdir. Saytda Azərbaycan dilində ilk dəfə turizm obyektlərinin təklif etdiyi qiymət və xidmətlərin müqayisəli axtarış sistemi qurulub.

Bu axtarış sisteminin köməyi ilə hər bir turist istirahət etmək istədiyi turizm obyektini eyni vaxtda bir neçə göstəriciyə görə (növü, ulduzunun sayı, qiyməti və yerləşdiyi iqtisadi rayon) seçə biləcəkdir.

Azərbaycanda istirahət etmək istəyən hər kəs bu sayta daxil olmaqla maliyyə vəziyyətinə uyğun olaraq istədiyi rayonda ən münasib istirahət mərkəzini və ya oteli asanlıqla tapacaqdır.

Bundan əlavə "www.azturizm.az" saytında məlumatların toplanması və yenilənməsi mexanizmi, həmçinin turizm xidmətlərinin keyfiyyətinin turistlərin rəyləri əsasında qiymətləndirilməsi sistemi də yaradılıb.

Saytda Vətənimizin tarixi, təbiəti, mədəniyyəti və inzibati rayonları haqqında yığcam və yorucu olmayan məlumatlar, foto və videolentlər, Azərbaycanda turizm sektorundakı ən yeni xəbərlər əksini tapıb.
                  




Baxış sayı: 1667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024