12px13px15px17px
Tarix:14/01/12

“AMD” şirkəti yeni nəsil “Trinity” prosessorlarını təqdim edib (VİDEO)

“AMD” şirkəti “Trinity” kod adlı yeni nəsil prosessorları ilin ortalarında bazara çıxaracaq. “CES 2012” sərgisində təqdim edilmiş “Trinity” çipləri 32 nanometr texnoloji proses üzrə hazırlanacaq.

Onlar iki və ya dörd ədəd “x86” arxitekturalı “Piledriver” nüvəsinə, “DDR3-2133” yaddaş kontrollerinə və “DirectX 11” proqram interfeysini dəstəkləyən “Radeon HD 7000” seriyasının qrafik kontrollerinə malikdir. İndiki hibrid prosessorlar nəsli ilə müqayisədə məhsuldarlıq artımı 15%-ə bərabər olacaq.

Portativ kompyuterlər üçün “Trinity” çiplərinin “TDP” (yayılan istilik enerjisi) göstəricisi 35 vatdan 45 vatta qədər təşkil edəcək.








Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024