12px13px15px17px
Tarix:14/01/12

“eBay”: 2012-ci ildə mallar üçün sərf edilən mobil ödənişlərin həcmi 8 milyard dolları ötəcək

Keçən il “eBay” onlayn-hərracındakı mallar üçün sərf edilən bütün mobil ödənişlərin ümumi həcmi 5 milyard dollara çatıb. Bu, 2010-cu ilin göstəricisini 2 dəfə ötür.

Bu barədə “eBay” şirkətinin icraçı direktoru Con Donahyu (John Donahoe) “CES” konfransında öz çıxışı zamanı bildirib, -“TechCrunch” bloqu xəbər verib.

Onun sözlərinə əsasən, 2012-ci ildə “eBay” onlayn-hərracında mobil ödənişlərin həcmi 8 milyard dollara çatacaq, halbuki “eBay”a məxsus olan “PayPal” ödəmə sistemində bu göstərici 7 milyard dollar təşkil edəcək. Donahyu həmçinin bildirib ki, dünyanın ən böyük onlayn-hərracı “eBay Mobile”-in mobil əlavəsi artıq 65 milyon dəfə yüklənib.
 




Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024