12px13px15px17px
Tarix:16/01/12

Ağdamın kəndlərində internetə çıxış imkanı genişləndirilir

"Aztelekom"İB tərəfindən Ağdamda müasir rabitə şəbəkəsinin yaradılması istiqamətində işlər aparılır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə məlumat verən Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev bildirib ki, rayonda sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə  Üç oğlan və Bənövşələr kəndlərinin hər birində 128, Çəmənli kəndində 160 nömrə tutumlu elektron ATS tikilərək istifadəyə verilib.

O, daha sonra əlavə edib ki, hazırda Bənövşələr kəndinin mərkəzlə optik kabel olmaqla birləşdirici xəttinin tikinti işləri aparılır. Bundan əvvəl isə Qaradağlı, Rzalar, Mahrızlı və Çəmənli kəndlərinin optik kabeldən ibarət olan birləşdirici xətti tikilərək istifadəyə verilib.

Rəis kənd sakinlərinin internetə olan tələbatının ödənilməsi məqsədilə Qaradağlı kəndində, Yeni qəsəbə, Dördyol yaşayış məntəqəsində və  Quzanlı qəsəbəsində hər biri  128 port tutuma malik ADSL avadanlığının qurulduğunu qeyd edib.

Onun sözlərinə görə, həyata keçirilən işlər sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradıb.


 Qeyd edək ki, Quzanlı qəsəbəsində yeni "Rabitə evi"nin tikintisi üçün layihə hazırdır və yaxın günlərdə tikinti işlərinə başlanılması nəzərdə tutulur.




Baxış sayı: 1619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024