12px13px15px17px
Tarix:16/01/12

Qaxın rabitə şəbəkəsi müasir elektron ATS-lərlə tam təchiz edilib

Qaxda rabitə sistemi müasir tələblərə cavab verir. Hazırda rayonda hər 100 nəfərə 21 telefon düşür. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə  Qax TKQ-nın rəisi Qazi Omarov məlumat verib. Onun sözlərinə görə, rayonda bütün rabitə şəbəkəsi müasir elektron ATS-lərlə təchiz edilib.

Rayon üzrə Ləkit Malax, Ləkit Kötüklü və Tanqut kəndlərində peyk rabitəsi mövcuddur. Bundan başqa rayonda CDMA tipli simsiz rabitənin tətbiq olunması isə sakinlərin telefon rabitəsinə olan tələbatını tam ödəyir. 

Kəndlərlə birləşdirici xətlərin optikləşdirilməsi rayonda şəhər və kənd abunəçiləri arasında rəqəmsal  fərqi tamamilə aradan qaldırıb. Hazırda rayon üzrə birləşdirici xətlərin təqribən 40 faizi optikləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində rayon üzrə telefon abunəçilərinin ümumi sayı 11 minə çatıb.




Baxış sayı: 1980

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024