12px13px15px17px
Tarix:16/01/12

“Nokia” şirkəti güclü patent portfelinə malikdir

“Nokia” şirkəti İtaliyanın “Sisvel İnternational” patent-lisenziya şirkətinə 450 patentini satıb. Satılmış patentlər ”GSM”, “3G” və “LTE”, həmçinin videonun kodlaşdırılması və optimallaşdırılması texnologiyalarına aiddir.

“Nokia” şirkətindən verilən məlumata görə, satılmış 450 patent şirkətin bütün patent portfelinin   1/16 hissəsini təşkil edir. Sazişin şərtlərinə əsasən, “Nokia” şirkəti öz 450 patentini, hətta satdıqdan sonra belə onlardan istifadə hüququnu  özündə saxlayır.

Hazırda “Nokia” şirkətinin patent bazasında təxminən 30000 patent və patent ərizəsi var. Ekspertlər bildirirlər ki, Finlandiya şirkətinin patent portfeli kifayət qədər güclüdür.

Məlumat üçün qeyd edək ki, keçən il “Nokia” şirkəti “Apple” şirkətini  lisenziya sazişi bağlamağa, “iPhone” və “iPad”-da bəzi mobil texnologiyalardan istifadə etdiyi üçün lisenziya ödənişi ödəməyə vadar  edib.




Baxış sayı: 1134

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024