12px13px15px17px
Tarix:16/01/12

Smartfonlara olan tələbat artıb

Analitiklərin hesablamalarına əsasən, cari ildə müxtəlif proqram-aparat platformalarında işləyən 600 milyon smartfon satılacaq.

“Gartner” analitik şirkətinin hesablamalarına əsasən, 2011-ci ilin üçüncü rübündə smartfonlara olan tələbat 2010-cu il ilə müqayisədə 42% artaraq 115 milyon təşkil edib. “Android” əməliyyat sistemi ilə işləyən qurğular daha populyardır: onların payı 52,5% (1 il əvvəl 25,3%) təşkil edib.

Sonrakı yerləri “Symbian” (16,9%), “iOS” (15,0%), “BlackBerry OS” (11,0%), “Bada” (2,2%) və “Windows” (1,5%) ilə işləyən aparatlar təşkil edib.

Cari ildə satılacaq smartfonların 4-5%-nin “Long Term Evolution (LTE)” dördüncü nəsil mobil əlaqəsini dəstəkləyəcəyi bildirilib. Belə aparatların satışları 25-30 milyona qədər təşkil edəcək.

“LTE” şəbəkələri baza stansiyasından müştəri qurğularına tərəf nəzəri olaraq, verilənlərin 326 Mbit/san sürətlə ötürülməsini təmin edə bilər.




Baxış sayı: 1146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024