12px13px15px17px
Tarix:16/01/12

“Windows Phone” “Skype”

“Microsoft” korporasiyası “Skype”-ın əldə edilməsi ilə bağlı sazişi payızın ortalarında ba

ğlayıb, lakin məşhur əlavənin “Windows Phone (WP)” smartfonları üçün versiyası indiyə qədər çıxarılmayıb. Onun çıxarılması 2011-ci ilin sonuna planlaşdırılsa da, korporasiya nümayəndələri bu problemin yaxın vaxtlarda həll olunacağını bildiriblər.

Ehtimal edilir ki, əlavəni fevralda Barselonada keçiriləcək “MWC” konfransında təqdim edəcəklər.
“Skype”-ın satılması haqqında keçən ilin may ayında məlumat yayılıb.

“Microsoft” korporasiyası onu satın almaq üçün 8,5 milyard dollarından keçməli olub. “Skype” şirkətinin əsası 2003-cü ildə qoyulub, 2005-ci ildə isə onu “eBay” internet-hərracı satın alıb, 2009-cu ildən isə “VoİP”-xidmətin sahibi “Silver Lake”-in başçılığı ilə olan investisiya qrupu idi.
 




Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024