Tarix:16/01/12
"Avea", "Vodafone" və "Turkcell" tərəfindən bir ay əvvəl satışa çıxarılan məhsulun ikinci hissəsinin gəlməsi gözlənilir.
Marketinq mütəxəssisləri "İndi 100 min ədəd gəlsə, bir həftəyə satılar" iddiasını irəli sürürlər. Satışın 80 faizi qara rəngli modelin, 20 faizi isə ağ rəngli modelin payına düşür.
"iPhone 4S" modellərinin 90 faizindən çoxu mobil operatorların sms və internetdən uzunmüddətli istifadə paketləri ilə birlikdə satılıb. Ümumilikdə, Türkiyədə istifadə olunan "iPhone" mobil telefon sayının "4S" modelinin satışından sonra 1 milyonu ötüb.
Smartfon bazarının iki iddialı iştirakçısı "iPhone" ilə "Blackberry" markaları 1 il bundan əvvəl satış həcmi 500 min olmaq üzrə rəqabət aparırdılar. Sonradan "Blackberry"-də yaşanan böhran satışa təsir göstərdi.
"iPhone" ilə aradakı fərq "Blackberry"-nin əleyhinə 400 min oldu. Son proqnozlara görə, Türkiyədə 600 minə yaxın "Blackberry" cihazı var.
Türkiyədə “iPhone 4S” qısa zamanda tükənib
ABŞ-ın texnologiya nəhəngi "Apple"-ın satışa çıxarıldığı ölkələrdə kütləvi şəkildə satılan, hətta keçən həftə Çindəki ilk satışı zamanı izdiham yaradan "iPhone 4S" modelinin Türkiyəyə gələn ilk 50 min ədədi qısa zaman ərzində satılıb."Avea", "Vodafone" və "Turkcell" tərəfindən bir ay əvvəl satışa çıxarılan məhsulun ikinci hissəsinin gəlməsi gözlənilir.
Marketinq mütəxəssisləri "İndi 100 min ədəd gəlsə, bir həftəyə satılar" iddiasını irəli sürürlər. Satışın 80 faizi qara rəngli modelin, 20 faizi isə ağ rəngli modelin payına düşür.
"iPhone 4S" modellərinin 90 faizindən çoxu mobil operatorların sms və internetdən uzunmüddətli istifadə paketləri ilə birlikdə satılıb. Ümumilikdə, Türkiyədə istifadə olunan "iPhone" mobil telefon sayının "4S" modelinin satışından sonra 1 milyonu ötüb.
Smartfon bazarının iki iddialı iştirakçısı "iPhone" ilə "Blackberry" markaları 1 il bundan əvvəl satış həcmi 500 min olmaq üzrə rəqabət aparırdılar. Sonradan "Blackberry"-də yaşanan böhran satışa təsir göstərdi.
"iPhone" ilə aradakı fərq "Blackberry"-nin əleyhinə 400 min oldu. Son proqnozlara görə, Türkiyədə 600 minə yaxın "Blackberry" cihazı var.
Baxış sayı: 1272
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır