Tarix:17/01/12
Həmçinin sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunması ilə bağlı müraciətlərin də sayı ötən illərlə müqayisədə çoxalıb.
Bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Gürcüstanın İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin ("Sakpatenti") sədri İrakliy Qvaladze və sədrin müavini Yekatirina Yequtiya ilə bu gün keçirdiyi görüşdə bildirib.
ICT News Elektron xəbər xidmətinə bu barədə məlumat verən SMPDK-nın mətbuat xidmətindən bildirilib ki, R.Həsənov bu sahənin daha da inkişaf etdirilməsi üçün Koreya təcrübəsindən istifadə olunacağını vurğulayıb.
Belə ki, Cənubi Koreyanın ayırdığı qrant əsasında komitədə "Əqli mülkiyyət hüquqlarının idarə olunmasının avtomatlaşdırılması" layihəsi uğurla icra olunmaqdadır. Komitə sədri milli ənənəvi brendlərin, əmtəə nişanları və coğrafi adların qarşılıqlı tanınması və mühafizəsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsinin də zəruri olduğunu deyərık, bununla bağlı ikitərəfli razılaşma sənədinin hazırlanmasını məqsədə müvafiq hesab edib.
"Sakpatenti"nin sədri İrakliy Qvaladze isə patent sisteminin Azərbaycandakı inkişafından məmnun olduğunu bildirib və bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. O, "Sakpatenti"nin coğrafi adlardan istifadə məsələlərinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq Sazişi" 20 may 2009-cu ildə imzalanaraq qüvvəyə minib.
Bununla yanaşı, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın 6-cı iclasının protokoluna uyğun olaraq, adıçəkilən Sazişin icrasının həvalə edildiyi orqanların əməkdaşlığının şərtləri haqqında Protokol layihəsi hazırlanıb.
Azərbaycanın patent sistemində yeni texnologiyaların, innovasiyaların tətbiqi artır
Azərbaycanın beynəlxalq tələblər səviyyəsində inkişaf edən patent sistemində yeni texnologiyaların, innovasiyaların tətbiqi, eləcə də yerli ixtiraçıların sayı artır.Həmçinin sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunması ilə bağlı müraciətlərin də sayı ötən illərlə müqayisədə çoxalıb.
Bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Gürcüstanın İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin ("Sakpatenti") sədri İrakliy Qvaladze və sədrin müavini Yekatirina Yequtiya ilə bu gün keçirdiyi görüşdə bildirib.
ICT News Elektron xəbər xidmətinə bu barədə məlumat verən SMPDK-nın mətbuat xidmətindən bildirilib ki, R.Həsənov bu sahənin daha da inkişaf etdirilməsi üçün Koreya təcrübəsindən istifadə olunacağını vurğulayıb.
Belə ki, Cənubi Koreyanın ayırdığı qrant əsasında komitədə "Əqli mülkiyyət hüquqlarının idarə olunmasının avtomatlaşdırılması" layihəsi uğurla icra olunmaqdadır. Komitə sədri milli ənənəvi brendlərin, əmtəə nişanları və coğrafi adların qarşılıqlı tanınması və mühafizəsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsinin də zəruri olduğunu deyərık, bununla bağlı ikitərəfli razılaşma sənədinin hazırlanmasını məqsədə müvafiq hesab edib.
"Sakpatenti"nin sədri İrakliy Qvaladze isə patent sisteminin Azərbaycandakı inkişafından məmnun olduğunu bildirib və bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. O, "Sakpatenti"nin coğrafi adlardan istifadə məsələlərinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq Sazişi" 20 may 2009-cu ildə imzalanaraq qüvvəyə minib.
Bununla yanaşı, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın 6-cı iclasının protokoluna uyğun olaraq, adıçəkilən Sazişin icrasının həvalə edildiyi orqanların əməkdaşlığının şərtləri haqqında Protokol layihəsi hazırlanıb.
Baxış sayı: 1135
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır