12px13px15px17px
Tarix:17/01/12

“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 16000-ə çatıb

“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 16000-ə çatıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Bestcomp Group” şirkətinin rəhbəri Rauf Həsənov məlumat verib. O bildirib ki, bu rəqəm layihənin iki mərhələsi çərçivəsində satılan kompyuterləri ifadə edir.

“Layihənin ilk mərhələsində yalnız müəllimlər kompyuter əldə edə bilərdisə, hazırkı mərhələdə, müəllimlərlə yanaşı, tələbə və dövlət qulluqçuları da bu imkandan istifadə edə bilərlər”.

Hər iki mərhələdə eyni modelli kompyuterlərin təqdim edildiyini deyən R.Həsənov vurğulayıb ki, bu kompyuterlərə bir stolüstü kompyuter, 4 notebook və 1 netbook daxildir. O qeyd edib ki, layihə iştirakçılarına “HP” pavilyon notebooku da təklif olunur.

Layihədə tələbələrin iştirakına gəlincə, şirkət rəhbəri bildirib ki, tələbələrə kompyuter verilən zaman valideynlərin iştirakı mütləqdir: ”Kompyuterlər verilən zaman müqavilə bağlanır. Lakin tələbələr heç yerdə işləmədiyindən onlarla müqavilə bağlamaq mümkün deyil.

Məhz bu səbəbdən də valideynlərin iştirakı mütləqdir. Amma burada bir məsələ ondan ibarətdir ki, valideyn ya dövlət qulluqçusu olmalı, ya da tanınan şirkətlərdən birində çalışmalıdır”.

Xatırladaq ki, “Xalq kompyuteri” layihəsi “HP” və “Microsoft” şirkətləri ilə birgə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.

Layihənin hazırkı mərhələdə əsas məqsədi orta ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompyuter əldə etmək imkanı yaratmaqdır.





Baxış sayı: 1592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024