12px13px15px17px
Tarix:18/01/12

120-yə yaxın təlimçi Live@Edu layihəsi çərçivəsində teacher.edu.az ünvanı ilə təchiz edilib

Azərbaycan müəllimlərinin rəsmi elektron poçt ünvanları ilə təchiz edilməsi işləri davam etdirilir. Ünvan təchizatı Təhsil Nazirliyi,  “Microsoft Azərbaycan” şirkəti və “Mədəd” təşkilatının birgə layihəsi olaraq “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”çərçivəsində həyata keçirilir. teacher.edu.az domen adı altında açılan ünvanlar Microsoft Live@Edu texnoloji platforması bazasında çalışır.

Bu barədə ICT News Elektron xəbər xidmətinə “Mədəd” təşkilatının tədqiqat və inkişaf şöbəsinin əməkdaşı və Live@Edu layihəsinin koordinatoru Məryəm Cabbarova məlumat verib.

Onun sözlərinə görə, “Mədəd” təşkilatı müəllimlər üçün Live@Edu platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlərin aparılmasını da davam etdirir: ”Hər ay təlimçilərimiz üçün L@E təlimləri təşkil olunur.

Onlar bu təlimə böyük maraq göstərirlər və bu cür alətdən istifadə imkanlarının olmasından çox razıdırlar. Artıq 120-yə yaxın təlimçimiz üçün teacher.edu.az hesabları açılıb və onlar bu e-mail ünvanlardan aktiv istifadə edirlər. Biz nəinki təlimçilərimiz, təlim iştirakçılarını da imkan dərəcəsində Live@Edu hesabları ilə təmin edirik”.

Qeyd edək ki, təhsildə canlı bağlantı anlamını verən və korporativ xarakter daşıyan Live@Edu bütün müəllimləri birləşdirəcək şəbəkədir.

Adıçəkilən xidmətə elektron poçtdan əlavə, müəllimlərin tədris planlarının, dərslərinin, icmallarının və s. yerləşdirilməsi üçün 25 Gb-lıq internet sahə, Microsoft Office proqramlar dəstinin onlayn versiyaları daxildir.

Bu şəbəkə müəllimlərə öz aralarında təcrübə mübadiləsini genişləndirmək imkanı yaradır. Hesab olunur ki, ad.soyad@teacher.edu.az kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün başqa imkanlar da yaradacaq.

Belə ki, elektron poçt vasitəsilə müəllimlər öz aralarında əlaqələri daha da genişləndirəcəklər. Vahid elektron poçt ünvanları reyestrinin olması məktəblər, rayon təhsil şöbələri, Təhsil nazirliyi səviyyəsində məlumatlandırmanın sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verəcək.


 




Baxış sayı: 2008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024