Tarix:18/01/12
AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ölkədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin prioritet sahələr olduğunu və müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söhbət açdı.
Ölkədə informasiya cəmiyyətinin təşəkkülü və bərqərar olmasının dövlətin İKT sahəsində siyasətinin başlıca hədəflərindən olduğunu bildirərək qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda bu məsələlərin öz əksini tapdığını nəzərə çatdıran alim institutun bu proseslərə elmi dəstək verdiyini, dövlət proqramlarının, İKT layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini və əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.
İKT biliklərinin cəmiyyətə inteqrasiyasının günün tələbi olduğunu vurğulayan alim, onlayn-elektron resurslardan istifadənin genişləndirilməsi və texnoparkların yaradılması üçün irəli sürülən təşəbbüslər barədə də danışıb.
Sonra qonaq İTİ-nin AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti ilə tanış olub. İnstitutda elmi proseslərin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, innovativ fəaliyyətin təşkili istiqamətində həyata keçirilən işlər haqqında qonağa geniş məlumat verildi, onu maraqlandıran suallar cavablandırılıb.
Amerikalı tədqiqatçı ilə Azərbaycanda İKT-nin vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) ABŞ-ın Vilyams Kollecindən olan tədqiqatçı Benjamin Fiçberqlə görüş keçirildi. Görüşdə Azərbaycanda İKT-nin vəziyyəti, inkişaf perspektivləri məsələləri müzakirə olundu, o cümlədən İTİ-nin elmi-tədqiqat işləri və innovasiya fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilib.AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ölkədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin prioritet sahələr olduğunu və müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söhbət açdı.
Ölkədə informasiya cəmiyyətinin təşəkkülü və bərqərar olmasının dövlətin İKT sahəsində siyasətinin başlıca hədəflərindən olduğunu bildirərək qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda bu məsələlərin öz əksini tapdığını nəzərə çatdıran alim institutun bu proseslərə elmi dəstək verdiyini, dövlət proqramlarının, İKT layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini və əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.
İKT biliklərinin cəmiyyətə inteqrasiyasının günün tələbi olduğunu vurğulayan alim, onlayn-elektron resurslardan istifadənin genişləndirilməsi və texnoparkların yaradılması üçün irəli sürülən təşəbbüslər barədə də danışıb.
Sonra qonaq İTİ-nin AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti ilə tanış olub. İnstitutda elmi proseslərin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, innovativ fəaliyyətin təşkili istiqamətində həyata keçirilən işlər haqqında qonağa geniş məlumat verildi, onu maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı: 1230
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır