Tarix:18/01/12
Sabirabad TKQ-nın rəisi Sabir Bağırov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, Qasımbəyli kəndində konteyner tipli tikilidə 160 nömrə tutumlu elektron ATS qurulub. Onun sözlərinə görə, bu günə qədər 45 abunəçinin telefonu bərpa edilib.
Bu kənd EATS-dən Muradbəyli və Axtaçı kəndləri sakinlərinə də telefon çəkiləcək. Bundan başqa “Aztelekom”İB-nin qərarına əsasən, məlum fəlakət zamanı evləri yararsız hala düşən Saatlı rayonu Novruzlu kəndinin sakinləri üçün salınan yeni Novruzlu qəsəbəsində qurulan 128 nömrə tutumlu elektron ATS-ə xidmət etmək Sabirabad TKQ-yə həvalə olunub.
Hazırda qəsəbədə 20 abunəçinin mənzili telefonlaşdırılıb. Rəis yaxın vaxtlarda abunəçilərin yüksəksürətli internet xidmətlərindən istifadə etməsinə də şərait yaradılacağını bildirib.
Sabirabad TKQ tərəfindən digər kəndlərdə də rabitənin günün tələbləri səviyyəsinə gətirilməsi üçün tədbirlər həyata keçirilir. Belə ki, hazırda Qalağayın və Əhmədabad kəndlərinin mərkəzi elektron ATS-lə birləşdirici xətlərinin optik kabellə əvəzlənməsi istiqamətində son tamamlanma işləri həyata keçirilir.
Həyata keçirilən tədbirlər nəticəsində adıçəkilən kəndlərin sakinləri də müasir rabitə xidmətləri ilə təchiz ediləcək.
Qeyd edək ki, hazırda Sabirabad üzrə telefon abunəçilərinin sayı 7 min nəfər təşkil edir. 700 nəfərdən çox abunəçi sürətli internet şəbəkəsinə qoşulub.
Sabirabadda təbii fəlakət nəticəsində sıradan çıxmış telefon xətlərinin bərpası davam etdirilir
Kür çayının məcrasından çıxması nəticəsində yaşayış yerlərini tərk edən Sabirabad sakinlərinin evlərinin bərpa olunması ilə əlaqədar mənzillərinin telefonlaşdırılması işləri davam edir.Sabirabad TKQ-nın rəisi Sabir Bağırov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, Qasımbəyli kəndində konteyner tipli tikilidə 160 nömrə tutumlu elektron ATS qurulub. Onun sözlərinə görə, bu günə qədər 45 abunəçinin telefonu bərpa edilib.
Bu kənd EATS-dən Muradbəyli və Axtaçı kəndləri sakinlərinə də telefon çəkiləcək. Bundan başqa “Aztelekom”İB-nin qərarına əsasən, məlum fəlakət zamanı evləri yararsız hala düşən Saatlı rayonu Novruzlu kəndinin sakinləri üçün salınan yeni Novruzlu qəsəbəsində qurulan 128 nömrə tutumlu elektron ATS-ə xidmət etmək Sabirabad TKQ-yə həvalə olunub.
Hazırda qəsəbədə 20 abunəçinin mənzili telefonlaşdırılıb. Rəis yaxın vaxtlarda abunəçilərin yüksəksürətli internet xidmətlərindən istifadə etməsinə də şərait yaradılacağını bildirib.
Sabirabad TKQ tərəfindən digər kəndlərdə də rabitənin günün tələbləri səviyyəsinə gətirilməsi üçün tədbirlər həyata keçirilir. Belə ki, hazırda Qalağayın və Əhmədabad kəndlərinin mərkəzi elektron ATS-lə birləşdirici xətlərinin optik kabellə əvəzlənməsi istiqamətində son tamamlanma işləri həyata keçirilir.
Həyata keçirilən tədbirlər nəticəsində adıçəkilən kəndlərin sakinləri də müasir rabitə xidmətləri ilə təchiz ediləcək.
Qeyd edək ki, hazırda Sabirabad üzrə telefon abunəçilərinin sayı 7 min nəfər təşkil edir. 700 nəfərdən çox abunəçi sürətli internet şəbəkəsinə qoşulub.
Baxış sayı: 1711
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı