12px13px15px17px
Tarix:18/01/12

İki nəhəng İT şirkəti rəqabəti gücləndirib

Veb-mənbələrin məlumatına əsasən, yeni nəsil "AMD Trinity" hibrid prosessorları ilə işləyəcək nazik və yüngül noutbuklar iyun ayında istehsal ediləcək.

"Trinity" çipləri 32 nanometr texnoloji proses üzrə hazırlanacaqlar. Onlar iki və ya dörd ədəd "x86" arxitekturalı "Piledriver" nüvəsinə və "DirectX 11" proqram interfeysini dəstəkləyən "Radeon HD 7000" qrafik kontrollerinə malik olacaqlar.

"AMD" şirkəti nazik noutbuklar üçün yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 17 Vatt olan "Trinity" modelini təklif edəcək. Bu prosessorlarla işləyən kompyuterlər "İntel" platformasında hazırlanan  ultrabuklara rəqabət təşkil edəcəklər.

22 nanometr texnoloji proses üzrə hazırlanacaq "İntel İvy Bridge" çiplərinin istehsalından sonra ultrabukların orta qiyməti 800-1000 dollara qədər azalacaq. Lakin "Trinity" prosessorları əsasında olan nazik noutbuklar 10-20% daha ucuz olacaqlar; onların qiyməti təxminən 650 dollar təşkil edəcək.
 
 




Baxış sayı: 1273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024