12px13px15px17px
Tarix:18/01/12

Elektron xidmətlər vətəndaşların ƏƏSMN-ə birbaşa müraciət imkanlarını artıracaq

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)  tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərin təşkili istiqamətində müəyyən işlər görülüb.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə təşkil edilməsi nəzərdə tutulan elektron xidmət növlərinin siyahısı müəyyənləşdirilib. Elektron xidmətlər nəticə etibarilə vətəndaşların ƏƏSMN-in fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar birbaşa müraciət və xidmətlərdən yararlanmaq imkanlarının xeyli artmasına səbəb olacaq".

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu gün İsmayıllı rayonunda keçirilən zona müşavirəsində bildirib.

" İCTnews"  elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aztəminatlı vətəndaşların rifah halının yüksəldilməsi, eləcə də 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbirdə nazir 2011-ci ilin sosial sahədə bir sıra yeni proqramların işə salınması ilə əlamətdar olduğunu vurğulayıb.

Belə ki, ötən il aztəminatlı ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılması üçün birdəfəlik sosial yardım – Özünədəstək proqramı hazırlanıb.

Keçən ilin martında Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində sınaq işlərinə başlanılan bu layihənin cari ildən bütün ölkədə icrası planlaşdırılır.

Proqramda iştirak edən ailə artıq ünvanlı yardım almayacaq və sosial reabilitasiya olunaraq yoxsulluq həddindən çıxacaq:  "Eyni zamanda, ötən il vətəndaşlara xidmətin keyfiyyətcə yüksəldilməsi, onlara dövlət təminatlarından yararlanmaq məqsədilə alternativ müraciət imkanlarının yaradılması işləri davam etdirilib.

Ünvanlı yardımların təyinatı işində şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılıb.

İlkin olaraq pilot layihə kimi Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan bu sistem cari ildə digər rayon və şəhərlərdə də tətbiq olunacaq".

Nazirin sözlərinə görə, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min,  hər bir ailəyə düşən yardımın orta aylıq məbləği 106 manat təşkil edir.

Bundan başqa, görülən işlərdə şəffaflığın artırılması məqsədilə ötən il nazirlikdə vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şura yaradılıb ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, eləcə də Özünədəstək layihəsinə cəlb olunan ailələrin seçilməsində həmin Şuranın üzvləri iştirak edirlər: "2011-ci ildə nazirliyin əsas diqqət yetirdiyi məsələlərdən biri də vətəndaşların qəbulu və onların öz iştirakı ilə müraciətlərinə yerində və obyektiv baxılması olmuşdur.

Nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif şəhər və rayonlarda ümumilikdə 560 nəfərdən artıq vətəndaş qəbul edilərək, onların müraciətləri yerində araşdırılmış, konkret tədbirlər görülüb. Bu işlər də nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin fəal iştirakı ilə həyata keçirilib".
 
 




Baxış sayı: 778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024