12px13px15px17px
Tarix:30/06/11

ABŞ banklarının internetdə təhlükəsizliyi üçün yeni qaydalar hazırlanıb

ABŞ hakimiyyəti Amerika bankları üçün internetdə məlumatların mühafizəsi təminatının yeni qaydalarını hazırlayıb. İndi banklar məlumatların çoxsəviyyəli mühafizə sistemlərindən istifadə etməlidilər. Həmin sistemlər istifadəçinin qeyri-adi hərəkətlərinə reaksiya verməyə qadirdir. Federal ehtiyat banklarının nümayəndələri ilə əmanətlərin sığortası üzrə Federal korporasiyası tərəfindən birgə hazırlanmış yeni qaydalar bank sistemlərinin qırılması hadisələrinə hakimiyyətin cavabı olub. Sonuncu dəfə məlumatların mühafizəsi təminatı üzrə banklara olan tələblər 2005-ci ildə yenilənib. Yeni qaydalar müdafiənin konkret mexanizmlərindən istifadə üzrə tələblərdən ibarət deyil.
Risklərin qiymətləndirilməsi və təhlükəsizliyin təmin olunması üzrə müvafiq tədbirlərin qəbulu üçün məsuliyyət banklara həvalə edilib.
Dəyişikliklər əsasən bank müştəriləri tərəfindən internet-bank sistemindən istifadə vaxtı təhlükəsizliyin təmin olunmasına aiddir. Artıq 2012-ci ilin əvvəlində istifadəçilər oxşar xidmətlərin işində, xüsusilə başqa kompyuterdən sistemə girmək və ya ilk dəfə vəsaiti digər hesaba köçürmək cəhdi vaxtı dəyişiklikləri görə biləcəklər. ABŞ-da fiziki şəxslərə bank hesablarının qırılması halında zərərin kompensasiyasının ödənilməsinə zəmanət verilib, ancaq bankların korporativ müştəriləri belə müdafiəyə malik deyillər. Yeni qaydalara əsasən, banklara firma müştərilərinin məlumatlarının müdafiəsi üçün əlavə təhlükəsizlik tədbirləri təmin etmək lazım olacaq. Məlumat üçün bildirək ki, son 1 il yarım ərzində “RBS WorldPay” və “Heartland Payment System” Amerika ödəmə sistemləri, həmçinin Amerikanın ən böyük banklarından biri “Citigroup” haker hücumun obyekti olublar. Nəticədə, “Citigroup” kompyuter sisteminin qırılması nəticəsində cinayətkarlar 360 000-dən çox istifadəçinin şəxsi məlumatlarını ələ keçirib. Ümumi ziyan 2,7 milyon dollar təşkil edib.



Baxış sayı: 1085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024