12px13px15px17px
Tarix:19/01/12

Mobil aparat satışlarının artım sürəti zəifləyəcək

Analitiklər mobil telefon və smartfon satışlarının  nisbətən zəif olacağını proqnozlaşdırırlar. Səbəb kimi iqtisadi vəziyyətin qeyri-sabitliyi və Avropada borc böhranı bildirilib.

Yalnız “Apple” və “Samsung” şirkətləri yeni smartfon modellərinin istehsalı hesabına hələ ki tədarük həcmlərini yüksək səviyyədə saxlamağa müvəffəq ola bilirlər.

Ekspertlər hesab edirlər ki, 2011-ci ilin üçüncü rübündə ən böyük smartfon istehsalçısı statusunu itirən “Apple” şirkəti “iPhone 4S-“ smartfonlarının yaxşı satışları sayəsində yenidən liderliyi qaytara bilər.


İlkin hesablamalara əsasən, 2011-ci ilin dördüncü rübündə dünyada 142 milyon smartfon satılıb. Onlardan təxminən 27,8 milyon aparat “Apple” (1  il ərzində artım 72% təşkil edib) şirkətinin, 18,7 milyonu isə “Nokia” (azalma illik hesablamada təxminən 33% təşkil edib) şirkətinin payına düşür.

“RİM” şirkəti, ilkin məlumatlara əsasən, oktyabrdan dekabr ayına kimi 13,7 milyon, “HTC” şirkəti isə təxminən 11 milyon smartfon tədarük edib.




Baxış sayı: 1140

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024