12px13px15px17px
Tarix:19/01/12

Azərbaycanda onlayn ticarətin həcmi artır

Azərbaycanda onlayn ticarətin həcmi  artır. «İCTnews» elektron xəbər xidmətinin  məlumatına görə, bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, hər il ölkədə onlayn ticarət edənlərin sayı çoxalmaqdadır.

Əgər əvvəllər Azərbaycan əhalisi arasında onlayn ticarətə inam yox səviyyəsində idisə, artıq cəmiyyətdə bu cür ticarət edən şirkətlərə etibar artır.

Bir neçə il bundan əvvəl bir çox insanlar düşünürdülər ki, onlayn sistemlə pul köçürüldükdən sonra alınan malın gəlib alıcıya çatmamaq qorxusu var və ona görə də bu cür alış-veriş riskli hesab olunurdu.

İnternet üzərindən alış-verişə çox da güvənməyən Azərbaycan vətəndaşları  nə qədər baha da olsa, gedib malı öz əllərilə alırlar. Amma artıq bu sindrom aradan qalxmaqdadır. Elə bu səbəbdəndir ki, onlayn ticarətlə məşğul olan şirkətlər də ilk növbədə əhali arasında inam, etibar qazanmaq üçün işlər aparıblar.

«Modern.az» informasiya portalının yaydığı məlumata görə, «Facebook» sosial şəbəkəsində çoxlu sayda onlayn alış-veriş səhifəsi yaranıb və artıq tədricən insanları özünə cəlb edir. Sayt insanların bu cür alverə marağını öyrənmək üçün onlayn ticarətlə məşğul olan şirkətlərlə əlaqə qurub.

Kitab satışı ilə məşğul olan "Online book shopping Azerbaijan" şirkətindən bildiriblər ki, alıcıların etibarını qazanmaq üçün məhsulu çatdırdıqdan sonra pulu alırlar.

Bununla da özlərinə qarşı inam formalaşdırırlar.«Facebook» üzərindən aksessuar satışı ilə məşğul olan Mirsamir Bağıyev isə deyib ki,  «onlayn şopinq» (shopping) dünyada çoxdan inkişaf edib və çox populyardır:  "Ölkəmizdə isə onlayn olaraq insanlarin alış-veriş etməsi  son illərdə müşahidə olunur.

Təbii ki, əgər keyfiyyətli və sərfəli mal olarsa, alıcıların yüksək marağına səbəb olur. Bizdə sistem çox sadə və anlayışlı şəkildə qurulub. Belə ki, alıcılar ödənişi nağd şəkildə edirlər, yəni görüşərək malın 50% miqdarında ilkin ödəniş edir, malı təhvil alanda isə qalan məbləği verirlər.

Alış-veriş həm də bank hesabına pul köçürməklə də həyata keçirilir. Onlayn alış-verişin bir qədər çətin cəhəti alıcıların etimadını qazanmaqdır".
 
 
 
 




Baxış sayı: 2584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024