Tarix:19/01/12
Bazarda rəqabət məsələləri üzrə avrokomissar Hoakin Almunia “Reuters” agentliyinə müsahibəsində bildirib ki, hazırda Brüsselə əvvəlki kimi “Google” kompaniyasının Avropada işləri ilə bağlı yeni materiallar daxil olur və rübün sonunda onların toplanması və sistemləşdirilməsi yekunlaşacaq.
Ekspertlər bildirirlər ki, “Google” şirkətinə qarşı Avropa İttifaqının rəsmi genişmiqyaslı antiinhisar təbliğatlarının dekabrda başlaması, amma bu ilin martından tədbirlərin görülməsinə qərar verilməsi avropalıların tələskənliyindən xəbər verir.
Belə ki, Brüssel yaxın keçmişdə analoji istintaqı “Microsoft” və onun “Windows” əməliyyat sistemi ilə bağlı da aparıb, buna hazırlıq vəziyyəti isə 1 ildən artıq davam etmişdi. Hüquqşünasların fikrinə görə, əgər istintaq bu ilin martında başlayarsa, internet-nəhəngin fəaliyyəti ilə bağlı qərarı 2013-cü ilin martında vermək olar.
Qeyd edək ki, rəqibləri “Google” kompaniyasını ona məxsus məhsulları yüksəltmək və digər rəqib serverlərin məhsullarını gözdən salmaqla öz axtarış sistemindən qeyri-düzgün istifadədə günahlandırırlar.
Avropa İttifaqının antiinhisar orqanlarının apardığı istintaqın da məqsədi reklam məzmunları və internet-axtarış bazarında “Google” şirkətinin dominant rola malik olub-olmaması, reklam bazarında süni qiymət artımına yol verməsi və rəqabət mühitinin şirkət tərəfindən pozulması kimi məsələləri araşdırmaqdır.
Avropa Komissiyası “Google” kompaniyası ilə bağlı istintaqa başlayır
Avropa İttifaqının antiinhisar orqanları “Google” kompaniyası ətrafında yaranan vəziyyətin analizi əsasında marta qədər yekun qərar qəbul edəcək. Avropa Komissiyasını bu addıma internet-nəhənginin rəqibləri vadar edir.Bazarda rəqabət məsələləri üzrə avrokomissar Hoakin Almunia “Reuters” agentliyinə müsahibəsində bildirib ki, hazırda Brüsselə əvvəlki kimi “Google” kompaniyasının Avropada işləri ilə bağlı yeni materiallar daxil olur və rübün sonunda onların toplanması və sistemləşdirilməsi yekunlaşacaq.
Ekspertlər bildirirlər ki, “Google” şirkətinə qarşı Avropa İttifaqının rəsmi genişmiqyaslı antiinhisar təbliğatlarının dekabrda başlaması, amma bu ilin martından tədbirlərin görülməsinə qərar verilməsi avropalıların tələskənliyindən xəbər verir.
Belə ki, Brüssel yaxın keçmişdə analoji istintaqı “Microsoft” və onun “Windows” əməliyyat sistemi ilə bağlı da aparıb, buna hazırlıq vəziyyəti isə 1 ildən artıq davam etmişdi. Hüquqşünasların fikrinə görə, əgər istintaq bu ilin martında başlayarsa, internet-nəhəngin fəaliyyəti ilə bağlı qərarı 2013-cü ilin martında vermək olar.
Qeyd edək ki, rəqibləri “Google” kompaniyasını ona məxsus məhsulları yüksəltmək və digər rəqib serverlərin məhsullarını gözdən salmaqla öz axtarış sistemindən qeyri-düzgün istifadədə günahlandırırlar.
Avropa İttifaqının antiinhisar orqanlarının apardığı istintaqın da məqsədi reklam məzmunları və internet-axtarış bazarında “Google” şirkətinin dominant rola malik olub-olmaması, reklam bazarında süni qiymət artımına yol verməsi və rəqabət mühitinin şirkət tərəfindən pozulması kimi məsələləri araşdırmaqdır.
Baxış sayı: 1283
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib