12px13px15px17px
Tarix:21/01/12

RİTN-də 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasına ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci il qarşıda duran vəzifələrə dair proqram xarakterli çıxışındakı "Telekommunikasiya sahəsi Azərbaycanda uğurla inkişaf edir.

Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir.

Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaq və bu sahədə kim qabaqda gedirsə, o da söz sahibi olacaq"  fikirləri ilə başlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla yürüdülən  uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır, siyasi arenada nüfuzu yüksəlir.

Nazir qeyd etmişdir ki, Azərbaycan hökuməti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xəttini qeyri-neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar yaratmaq təşkil edir.

2011-ci ilin yekunlarına görə qeyri-neft sektorunun 9,4% artdığını bildirən nazir, ölkədə real sektorun sürətlə inkişaf etdiyini və neftdən asılılığın aradan qaldırıldığını vurğulamışdır.

Ə.Abbasov qeyri-neft sektorunun inkişafında informasiya və kommunikasiya texnologiyalarının xüsusi rolu olduğunu qeyd edərək, ölkənin sürətli sosial-iqtisadi inkişafı fonunda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoruna göstərilən hərtərəfli dövlət qayğısı sayəsində 2011-ci ildə sektorda əhəmiyyətli tədbirlər görüldüyünü və  müsbət nəticələr əldə olunduğunu bildirmişdir.

Daha sonra kollegiya iclasında "2011-ci ilin yekunları haqqında" məruzə dinlənilmişdir.
 2011-ci il  ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirmişdir ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,8%, o cümlədən telekommunikasiya sektorunda 9,8%, İT sektorunda 1,4 dəfə, poçt sektorunda 5,0%, informasiya sektorunda isə 33,0% təşkil etmişdir.

Hesabat  dövründə  mobil abunəçilərin sayı 10 120 000 ədəd təşkil etmiş,  əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20, internet istifadəçilərinin sayı isə 65 ədədə bərabər olmuşdur. Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.  

Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.Kollegiyaya yekun  vuran  nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, ölkədə kosmik sənayenin yaradılması, rəqəmsal yayımın təşkili, "Elektron hökumət" layihəsinin icrasının genişləndirilməsi, elektron xidmətlərin həcminin artırılması,  genişzolaqlı internetin yayım dairəsinin genişləndirilməsi, özəl sektorun inkişafı üçün lazımi şəraitin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.

 Eyni zamanda,  İKT təhlükəsizliyi siyasəti nəticəsində hüquqi bazanın yaradılması, hüquqi normativ sənədlərin hazırlanması, vətəndaşların qəbulu, onların şikayətlərinə baxılması, "Eurovision" mahnı müsabiqəsi ilə bağlı görülən işlərin intensivləşdirilməsi və bir sıra mühüm əhəmiyyət  kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eləcə də bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar vermişdir.
 
 
 
 
 




Baxış sayı: 1681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024