12px13px15px17px
Tarix:23/01/12

Rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində işlər davam etdirilir

Ölkənin müasir texnologiyaların tətbiqi, rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində davamlı işlər görülür. Bu məqsədlə 2011-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 144,5 mln. manat investisiya qoyuluşu həyata keçirilib.

Ümumilikdə isə  ötən il sektora 415,0 milyon manat investisiya qoyulub. Qeyd edək ki, bu, ölkə iqtisadiyyatına qoyulan investisiyanın 3.2%-ni təşkil edir.

Sektora qoyulan investisiyaların 246,4 milyon manatı mobil operatorlar, 144,5 milyon manatı RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən yatırılıb.

Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat dövründə 15 ədəd ATS rekonstruksiya olunub, 60 yeni ATS istifadəyə verilib, 22 ədəd ATS-də genişləndirmə işləri aparılıb.

Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 49 896 nömrə artırılmış və beləliklə, ölkə üzrə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 717 196 nömrəyə çatdırılıb.



Baxış sayı: 1497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024