Tarix:23/01/12
Böyük tarixi "İpək yolu"nun üzərində yerləşən Azərbaycanın əlverişli iqtisadi coğrafi mövqeyi ölkəmizə ən böyük layihələrin iştirakçısı olmaq imkanı qazandırıb. Bu layihələrdən biri də "Trans - Asiya - Europa" (TAE) layihəsidir. Bu layihə 20-ci əsrin ən böyük tikintilərindən biri sayılır.
Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan bu magistral böyük əhəmiyyətə malik bir rabitə şəbəkəsidir. Belə ki, TAE xətti regionda İKT-nin inkişafına təkan verir, telekommunikasiya şəbəkələri üzrə genişzolaqlı kanalların sayının artırılmasına, o cümlədən, şəhərlərarası və beynəlxalq qlobal rabitənin təşkil olunmasına şərait yaradır.
Tarixi arayış
"Aztelekom"İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev bizimlə söhbətində bildirdi ki,bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb.
Elə həmin ilin dekabr ayında TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
Qeyd edək ki, TAE fiber-optik kabel magistralının istismara verilməsindən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətində birbaşa müasir yüksəkkeyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil etmək mümkün olub.
Əlverişli imkanlar
Ölkə regionlarının TAE xəttinə qoşulmasından sonra həmin rayonlarda sakinlərin internetə çıxış imkanları artdı. Eyni zamanda, alternativ rabitə üçün geniş imkanlar yarandı. Bütün bu məntəqələrdə STM-16 və STM-1 avadanlıqları quraşdırılıb.
Bundan əlavə ölkədə ən böyük dairəvi rabitə Şirvan-Beyləqan-Yevlax xəttinin tikilməsi ilə yaradılıb. Əsas magistrallarla yanaşı, Siyəzən - Xızı, Goranboy - Naftalan, Gəncə - Xanlar, Bərdə - Tərtər, Gəncə - Samux fiber-optik kabel magistralları da fəaliyyət göstərir. Neftçala, Lerik, Yardımlı, Gədəbəy və Daşkəsən TKQ-lərin də TAE xəttinə qoşulması ilə Azərbaycanda bütün rayonların TAE xəttinə qoşulması başa çatdı.
Naxçıvanın informasiya blokadasından tam çıxarılması
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında (Elektron Azərbaycan) Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyalarının texniki modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi ayrıca bəndlərdə öz əksini tapıb.
Bu məqsədlə nəzərdə tutulan ən əhəmiyyətli tədbirlərdən biri təbii ki, ölkədaxili dayanıqlı rabitə üçün zəruri məsələlərdən olan Naxçıvan Muxtar Respublikasının rabitəsinin TAE (Trans Asiya Avropa) fiber-optik kabel magistralı vasitəsilə təşkilidir.
Bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq artıq muxtar respublika rabitəsinin TAE magistralına qoşulması yüksək səviyyədə həyata keçirilib.
Qeyd edək ki, TAE fiber-optik kabel xəttinin Azərbaycan seqmentinin genişləndirilməsi layihəsinə hələ 2003-cü ildən, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) təsdiq olunduqdan sonra başlanmışdır.
2005-ci ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən imzalanmış "2005-2008-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda Naxçıvan Muxtar Respublikasında rabitənin TAE fiber-optik kabel magistralının vasitəsilə təşkil olunması nəzərdə tutulmuşdur.
İran üzərindən keçməklə Naxçıvan-Bakı arası STM1 səviyyəli tranzit şəbəkə və muxtar respublikanın ərazisi ilə optik magistral boyunca SDH şəbəkəsi istifadəyə verilib.
Birinci şəbəkə Naxçıvan-Bakı arası böyük tutumlu sıxlaşdırmadan danışıq, videotelefon, videokonfrans, internet, müxtəlif data kanalları və s. yaradılması üçün kifayət qədər ehtiyata malikdir. İkinci şəbəkə isə magistral boyunca əvvəllər radiolinklər vasitəsi ilə həyata keçirilən Babək, Nehrəm, Əbrəqunus, Gülüstan (Dəstə, Ordubad), Culfa mərkəzi avtomat telefon stansiyalarını əhatə edir.
Muxtar Respublikada bütün elektron ATS-lərin TAE xəttinə birləşdirilməsi başa çatdırılıb. Hazırda muxtar respublikadan dünyanın istənilən ölkəsi ilə TAE xətti üzərindən xüsusi videokonfrans avadanlığı vasitəsilə canlı əlaqələr qurulması mümkündür.
Kəndlərin TAE xəttinə birləşdirilməsi
Z.Vəliyev bildirdi ki,"Aztelekom" İB TAE xəttinin imkanlarından geniş istifadə edərək bütün kəndlərin optik kabellə bu xəttə birləşdirilməsi istiqamətində böyük layihəyə başlayıb. Artıq layihə çərçivəsində işlərin birinci mərhələsi kimi 20 rayonda 25 min ADSL portu istifadəyə verilib.
Bunun ardınca birlik özəl provayderləri əməkdaşlığa cəlb edərək bütün kəndlərin optikləşdirilməsi layihəsini uğurla başa çatdırmaq niyyətindədir. Bu sahədə provayderlərlə müqavilə bağlanılıb.
Artıq şirkətlər tərəfindən kəndlərə optik kabellərin çəkilməsinə başlanılıb. Tərəflər arasında bağlanmış müqaviləyə görə, gələcəkdə özəl şirkətlərə regionlarda güzəştli şərtlərlə fəaliyyət göstərmək imkanı veriləcək.Yeni mərhələdə həyata keçirilən tədbirlər nəticəsində daha 25 rayonda 236 kənddə 1500 kilometr uzunluğunda kabel xəttinin tikintisi aparılır.
Bu işlərə paralel olaraq qalan rayonlarda da uyğun layihələrin həyata keçirilməsi gerçəkləşəcək. "Aztelekom" İB bu ilin sonuna qədər Azərbaycanda bütün kəndlərin optikləşdirilməsi işlərini həyata keçirməklə nəinki MDB-də, hətta bütün dünyada analoqu olmayan bir layihəni reallaşdırmış olacaq.
Azərbaycanda bütün kəndlər optikləşdiriləcək...
Bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdə olacaqBöyük tarixi "İpək yolu"nun üzərində yerləşən Azərbaycanın əlverişli iqtisadi coğrafi mövqeyi ölkəmizə ən böyük layihələrin iştirakçısı olmaq imkanı qazandırıb. Bu layihələrdən biri də "Trans - Asiya - Europa" (TAE) layihəsidir. Bu layihə 20-ci əsrin ən böyük tikintilərindən biri sayılır.

Baxış sayı: 1998
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır