Tarix:24/01/12
Belə ki, strategiyanın reallaşması ilə bağlı 2007-2011-ci illəri üçün Fəaliyyət Planında korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində nəzərdə tutulan institusional - preventiv tədbirlərdən biri məhz dövlət orqanlarında daxili nəzarət sisteminin təkmilləşdirilməsi olub.
Hazırda bu plana uyğun olaraq, dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin beynəlxalq praktika nəzərə alınmaqla inkişafı davam etdirilir.
Bunun üçün risklərin idarə olunması sisteminin tətbiqi sahəsində innovativ təşəbbüslər, Avropa Birliyinə üzv ölkələrdə daxili nəzarət və risklərin idarə olunması sahəsində mövcud qanunvericilik, qabaqcıl təcrübə öyrənilir.
Bu barədə ICT News Elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, adıçəkilən məsələ ilə bağlı təşkil olunan seminarda İİN-nin Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində aparılan institusional, hüquqi və inzibati tədbirlərdən danışıb.
O, həmçinin, müvafiq qanunvericilik aktları və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatların tövsiyələrindən söz açıb.
Belə ki, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində İqtisadi İnkişaf Nazirliyində Daxili nəzarət şöbəsi yaradılıb və onun işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı ərizə və şikayətlərə baxılması, məlumat azadlığından istifadə, dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları, nazirliyin qurumları tərəfindən göstərilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsum, tarif və digər ödənişlər sistemi təkmilləşdirilib.
Bu sahədə şəffaflıq daha da artırılıb, ictimaiyyətlə əlaqələr gücləndirilib. Bundan başqa, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet saytları, "195-2" Telefon Məlumat Mərkəzi yaradılıb. İİN-nin fəaliyyəti barədə illik hesabatlar hazırlanıb, nazirliyin əməkdaşları üçün müvafiq mövzular üzrə treninqlər keçirilib.
Bu sahədə tədbirlər hazırda da davam etdirilir. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacib olduğunu deyən A.Əliyev bildirib ki, Avropa Komissiyasının TAİEX yardım aləti ilə yanaşı, SİGMA yardım aləti çərçivəsində də analoji tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin göstərilməsinə hazırlıq işləri başa çatdırılıb
İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən elektron xidmətlərin göstərilməsinə hazırlıq işləri başa çatdırılıb. Bu işlər ölkə başçısının sərəncamı ilə təsdiqlənmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"ya uyğun olaraq həyata keçirilib.Belə ki, strategiyanın reallaşması ilə bağlı 2007-2011-ci illəri üçün Fəaliyyət Planında korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində nəzərdə tutulan institusional - preventiv tədbirlərdən biri məhz dövlət orqanlarında daxili nəzarət sisteminin təkmilləşdirilməsi olub.
Hazırda bu plana uyğun olaraq, dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin beynəlxalq praktika nəzərə alınmaqla inkişafı davam etdirilir.
Bunun üçün risklərin idarə olunması sisteminin tətbiqi sahəsində innovativ təşəbbüslər, Avropa Birliyinə üzv ölkələrdə daxili nəzarət və risklərin idarə olunması sahəsində mövcud qanunvericilik, qabaqcıl təcrübə öyrənilir.
Bu barədə ICT News Elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, adıçəkilən məsələ ilə bağlı təşkil olunan seminarda İİN-nin Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində aparılan institusional, hüquqi və inzibati tədbirlərdən danışıb.
O, həmçinin, müvafiq qanunvericilik aktları və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatların tövsiyələrindən söz açıb.
Belə ki, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində İqtisadi İnkişaf Nazirliyində Daxili nəzarət şöbəsi yaradılıb və onun işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı ərizə və şikayətlərə baxılması, məlumat azadlığından istifadə, dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları, nazirliyin qurumları tərəfindən göstərilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsum, tarif və digər ödənişlər sistemi təkmilləşdirilib.
Bu sahədə şəffaflıq daha da artırılıb, ictimaiyyətlə əlaqələr gücləndirilib. Bundan başqa, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet saytları, "195-2" Telefon Məlumat Mərkəzi yaradılıb. İİN-nin fəaliyyəti barədə illik hesabatlar hazırlanıb, nazirliyin əməkdaşları üçün müvafiq mövzular üzrə treninqlər keçirilib.
Bu sahədə tədbirlər hazırda da davam etdirilir. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacib olduğunu deyən A.Əliyev bildirib ki, Avropa Komissiyasının TAİEX yardım aləti ilə yanaşı, SİGMA yardım aləti çərçivəsində də analoji tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Baxış sayı: 1379
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib