12px13px15px17px
Tarix:24/01/12

Bakcell Klass abunəçilərinə iki tarif təqdim edir

Bakcell şirkəti  "Klass 7" və "Klass Peşəkar" tarif planlarını təqdim edir. Klass abunəçiləri bunlardan birini seçib ən sərfəli qiymətə "Klass 7" və "Klass Peşəkar" tarif planlarından yararlana bilərlər. 
 
"Klass 7" tarifi çərçivəsində Bakcell abunəçiləri danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcəklər. Sevimli Nömrələrə edilən bir zəngin qiyməti isə sadəcə 2 qəpik təşkil edəcək. 

3G xidmətinin uğurlu başlanğıcından sonra Bakcell şirkəti Klass 7 abunəçilərinə əlavə üstünlüklər təklif etməkdədir – gündəlik 1 AZN dəyərində İnternetdən istifadə edən Klass 7 abunəçiləri hədiyyə olaraq eyni müddət üçün limitsiz İnternet əldə edəcəklər. 
 
Hazırda Bakcell-in Klass Peşəkar abunəçilərinə hər ay 250 pulsuz SMS və 50 Mb pulsuz İnternet hədiyyə olunur. 3G xidmətlərinin istifadəyə verilməsi ilə əlaqədar həmin bonus 250 Mb təşkil edir. 
 
Klass tarifi öz büdcəsinə nəzarət edən və fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır. 
 
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
 




Baxış sayı: 1238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024