12px13px15px17px
Tarix:24/01/12

“Anonymous” qrupu “Facebook”-a hücum hazırlanmasını təkzib edib

“Anonymous” haker qruplaşması “Facebook” sosial şəbəkəsinə hazırlanan hücum haqqında şayiələri təkzib edib. Qeyd edək ki, daha əvvəl “YouTube”-da “Anonymous” qrupu adından hansısa şəxslərin müraciəti ilə bağlı video yerləşdirilmişdi.

Videoda istifadəçilərə “Facebook”-a ediləcək hücumlarda  “DDoS” hücumda iştirak etmək və “SOPA” və “PIPA” qanun layihələrini dəstəkləmək təklif edilmişdi.

"Facebook-un 60 mindən çox serveri olmasına baxmayaraq onu dağıtmaq mümkündür" – müraciətdə deyilib. Hücum yanvarın 28-nə planlaşdırılıb.

Lakin bir az sonra qrupun artıq etibar qazanmış “Twitter” hesabında yazılan  mesajına əsasən, “Anonymous” nümayəndəsi “Facebook”-a hücum imkanını təkzib edib. "Biz yenə də qeyd edirik ki, “Facebook”-a hücüm etməyə hazırlaşmırıq. Kütləvi İnformasiya Vasitələri (KİV) yalan məlumat veriblər" – deyə bildirib.




Baxış sayı: 1357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024