12px13px15px17px
Tarix:30/06/11

ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları buraxılıb

Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Fonddan verilən məlumata görə, satış üçün nəzərdə tutulan bu poçt markaları “Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" layihəsinin bir hissəsidir. Markaların üzərində Qarabağın tarixi abidələri, qədim alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksiyaçılarına da hədiyyə olaraq təqdim edəcək. Markaları əldə etmək istəyən hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan bu link vasitəsi ilə sifariş verə bilər: http://www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/. Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq. Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir.
Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramları həyata keçirir.



Baxış sayı: 1352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024