12px13px15px17px
Tarix:25/01/12

“Google+” sosial şəbəkəsinin abunəçiləri ləqəblərdən istifadə edə biləcəklər

“Google” şirkəti gələn həftə ərzində “Google+” sosial şəbəkəsində yeni funksiya istifadəyə verəcək. Bu funksiya sayəsində ləqəblərdən ("nik") istifadə etməklə qeydiyyatdan keçmək mümkün olacaq.

İndiyə qədər “Google” şirkəti sosial xidmətin abunəçilərindən əsl adlarını qeyd etməyi tələb edirdi. İndi isə istifadəçi ləqəb yaratmaq üçün profil sazlamalarına daxil olmalı və "More options" bölməsi vasitəsilə arzu olunan "nik"i göstərməlidir.

Lakin müəyyən məhdudiyyətlər də var. Bəzi hallarda “Google” şirkəti  “Google+” abunəçilərindən onların artıq seçilmiş ləqəblə tanındıqlarını təsdiqləməyi tələb edə bilər.

2011-ci il iyun ayının 28-də istifadəyə verilmiş “Google+” sosial şəbəkəsində təxminən 90 milyon istifadəçi qeydiyyatdan keçib.

Proqnoza əsasən, “Google+” sosial şəbəkəsində 2012-ci ilin sonuna qədər 400 milyon abunəçi qeydiyyatdan keçəcək. Müqayisə üçün: “Facebook” sosial şəbəkəsi abunəçilərinin sayı 800 milyonu ötür.

 




Baxış sayı: 2217

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024