Tarix:26/01/12
"İCT News" elektron xəbər xidmətinə bu barədə vergilər nazirinin müşaviri Asəf Əsədov məlumat verib. A.Əsədov qeyd edib ki, audit sahəsində intellektual texnologiyaların tətbiqi Vergilər Nazirliyinin mühüm prioritetlərindən biridir: "Müasir dünyada informasiya-kompyuter texnologiyalarının rolu danılmazdır və artıq əksər ölkələrdə iri və orta müəssisələrin biznes fəaliyyəti kompyuterləşdirilmiş əməliyyatlar və mühasibat sistemləri əsasında aparılır.
Müəssisələrin həyata keçirdiyi mühasibat əməliyyatları ilə bağlı məlumatlar elektron qaydada saxlanılır və müasir vergi nəzarəti sistemi elektron məlumatların emalı və təhlili əsasında qurulur.
Bunun üçün müasir vergi orqanı müfəssəl biliklərə malik olmalı və kompyuter sistemlərinə əsaslanan texnologiyaları tətbiq etməlidir. Vergilər Nazirliyi də məhz bu sahədə son illər əsaslı işlər görür".
Vergilər nazirinin müşaviri e-auditin geniş miqyasda tətbiqi üçün yerinə yetirilməli olan digər əsas şərtlərdən də söz açıb. Belə ki, e-auditin tətbiqi ilə bağlı hüquqi əsaslar olmalı və bunun üçün Vergi Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan layihə Milli Məclis tərəfindən qəbul olunmalıdır.
Bundan başqa, Vergilər Nazirliyinin auditorları ilk növbədə e-audit üzrə proqram təminatını (ACL) dərindən öyrənməlidirlər.
Eyni zamanda, e-auditorlar e-auditin tətbiqi üçün vacib olan əlaqəli fənlərlə - müasir mühasibat uçotu və maliyyə hesabatçılığı, informasiya texnologiyaları, statistika, müasir audit üsulları ilə bağlı yeni bilikləri və bacarıqları mənimsəməlidirlər.
2013-cü ildə iri və orta müəssisələrdə e-auditin geniş miqyasda tətbiqi planlaşdırılır
2013-cü ildən başlayaraq vergi orqanları tərəfindən e-audit texnologiyasının iri və orta müəssisələrdə geniş miqyasda tətbiq edilməsi planlaşdırılır. Bunun üçün həmin müəssisələrdə mühasibat e-qaydada aparılmalı və mühasibat sistemləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır."İCT News" elektron xəbər xidmətinə bu barədə vergilər nazirinin müşaviri Asəf Əsədov məlumat verib. A.Əsədov qeyd edib ki, audit sahəsində intellektual texnologiyaların tətbiqi Vergilər Nazirliyinin mühüm prioritetlərindən biridir: "Müasir dünyada informasiya-kompyuter texnologiyalarının rolu danılmazdır və artıq əksər ölkələrdə iri və orta müəssisələrin biznes fəaliyyəti kompyuterləşdirilmiş əməliyyatlar və mühasibat sistemləri əsasında aparılır.
Müəssisələrin həyata keçirdiyi mühasibat əməliyyatları ilə bağlı məlumatlar elektron qaydada saxlanılır və müasir vergi nəzarəti sistemi elektron məlumatların emalı və təhlili əsasında qurulur.
Bunun üçün müasir vergi orqanı müfəssəl biliklərə malik olmalı və kompyuter sistemlərinə əsaslanan texnologiyaları tətbiq etməlidir. Vergilər Nazirliyi də məhz bu sahədə son illər əsaslı işlər görür".
Vergilər nazirinin müşaviri e-auditin geniş miqyasda tətbiqi üçün yerinə yetirilməli olan digər əsas şərtlərdən də söz açıb. Belə ki, e-auditin tətbiqi ilə bağlı hüquqi əsaslar olmalı və bunun üçün Vergi Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan layihə Milli Məclis tərəfindən qəbul olunmalıdır.
Bundan başqa, Vergilər Nazirliyinin auditorları ilk növbədə e-audit üzrə proqram təminatını (ACL) dərindən öyrənməlidirlər.
Eyni zamanda, e-auditorlar e-auditin tətbiqi üçün vacib olan əlaqəli fənlərlə - müasir mühasibat uçotu və maliyyə hesabatçılığı, informasiya texnologiyaları, statistika, müasir audit üsulları ilə bağlı yeni bilikləri və bacarıqları mənimsəməlidirlər.
Baxış sayı: 1339
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır