12px13px15px17px
Tarix:26/01/12

Sosial şəbəkə istifadəçiləri izləniləcək

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) “Facebook”, “Twitter” və s. sosial şəbəkələrə daimi nəzarət təşkil etməyi planlaşdırır. Lakin bürodan məlumatların hansı məqsədlə toplanılması və onlardan nə üçün istifadə edilməsi barədə ətraflı informasiya bildirməkdən imtina ediblər.

Dərc edilmiş sənəd ilk növbədə şirkətlərə ünvanlanıb. Onlar federal büroya nəzarət alətlərini təşkil etməyə və hazırlamağa kömək edəcəklər.

Sənəddə sosial şəbəkə səhifələrində dərc edilmiş yalnız açıq informasiyanın toplanılacağı və təhlil ediləcəyi qeyd edilib. “FTB” agentləri məlumatları operativ surətdə əldə edəcək və “təhlükəli hadisə hazırlanır, hər hansı hadisə baş verdi və ya mümkün təhlükələr mövcuddur" kimi hallarda dərhal reaksiya verəcəklər.




Baxış sayı: 1331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024