Tarix:27/01/12
Belə ki, artıq Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan qeyd edilib ki, Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair Texniki Tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib.
Tenderin qalibi Türkiyənin «Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş» şirkəti olub və onunla müqavilə imzalanıb. Layihəyə əsasən, Sumqayıtın daşınmaz əmlakın kadastr xəritəsində bütün növ daşınmaz əmlaklar əks etdiriləcək.
Layihə çərçivəsində şirkət tərəfindən kameral və çöl ölçümü işləri aparılacaq. Çöl ölçmə işlərində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən, tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi müəyyənləşmə vəziyyətləri müəyyən ediləcək.
Bununla yanaşı, Sumqayıtda bütün yerüstü daşınmaz əmlak obyektlərinin faktiki istifadə vəziyyətlərinin sərhədləri dəqiqləşdiriləcək. Kameral şəraitdə isə stereomateriallar üzərindən daşınmaz əmlak obyektlərinin koordinatları müəyyənləşəcək.
Komitədən qeyd edilib ki, layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, süni əngəllərin aradan qaldırılmasına və s. yardım edəcək.
Azərbaycan şəhərlərinin rəqəmsal kadastr xəritəsi hazırlanacaq
Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi hazırlanacaq. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aparılan bu işlərə hələlik ilk olaraq Sumqayıtdan start verilib.Belə ki, artıq Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan qeyd edilib ki, Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair Texniki Tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib.
Tenderin qalibi Türkiyənin «Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş» şirkəti olub və onunla müqavilə imzalanıb. Layihəyə əsasən, Sumqayıtın daşınmaz əmlakın kadastr xəritəsində bütün növ daşınmaz əmlaklar əks etdiriləcək.
Layihə çərçivəsində şirkət tərəfindən kameral və çöl ölçümü işləri aparılacaq. Çöl ölçmə işlərində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən, tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi müəyyənləşmə vəziyyətləri müəyyən ediləcək.
Bununla yanaşı, Sumqayıtda bütün yerüstü daşınmaz əmlak obyektlərinin faktiki istifadə vəziyyətlərinin sərhədləri dəqiqləşdiriləcək. Kameral şəraitdə isə stereomateriallar üzərindən daşınmaz əmlak obyektlərinin koordinatları müəyyənləşəcək.
Komitədən qeyd edilib ki, layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, süni əngəllərin aradan qaldırılmasına və s. yardım edəcək.
Baxış sayı: 1239
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır