Tarix:28/01/12
28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilib və son illər ərzində Avropa ölkələrində bu tarix fərdi məlumatların mühafizəsi mövzusuna həsr edilir. Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd edilir.
Tədbirdə dövlət orqanlarının nümayəndələri, özəl şirkətlərin, operator və internet-provayderlərin rəhbərləri iştirak ediblər. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, fərdi məlumatın saxlanılması informasiya texnologiyalarının inkişafı əsrində daha çox ön plana çıxır və vətəndaşları narahat edir.
Nazir müavini son vaxtlar dünyada fərdi məlumatların sızması hallarının çoxalmasını təəssüf hissi ilə qeyd edərək qeyd edib ki, bugünkü tədbir şəxsi informasiyanın mühafizəsinin aktual məsələlərinin bir daha müzakirəsinə yönəlib.
Tədbir iştirakçılarına məlumatların mühafizəsi üsullarına həsr edilən videoçarx nümayiş olunub. Sonra bu sahədə Azərbaycanda həyata keçirilən işlər haqqında məruzə oxunub. Xüsusilə respublikada fərdi məlumatların mühafizəsi üzrə qəbul edilən hüquqi baza, informasiya sistemlərində məlumatların toplanması, emalı və saxlanılması məsələləri barədə məlumat verilib. Daha sonra tədbirdə müzakirələr aparılaraq həm dövlət, həm də özəl təşkilatların məlumatlarının saxlanılmasının mühafizəsi sisteminin yaxşılaşdırılmasının, fərdi məlumatlara diqqətlə yanaşmanın və onun sızmasının qarşısının alınmasının, eləcə də bu sahədə qarşılıqlı əməkdaşlığın zəruriliyi haqqında fikirlər səsləndirilib.
Yekunda iştirakçılar gələcəkdə belə tədbirlərin daha geniş formatda keçirilməsinin labüdlüyünü vurğulayıblar, belə ki, bu, həm vətəndaşların fərdi məlumatların mühafizəsi sahəsində malik olduqları hüquqlar barədə məlumatlandırılması, həm də bu istiqamətdə yaranan məsələlərin öyrənilməsi və birgə müzakirəsi üçün yaxşı imkanlar açacaq.
RİTN-də fərdi məlumatların mühafizəsi müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Məlumatların Mühafizəsi Gününə həsr olunan tədbir keçirilib.28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilib və son illər ərzində Avropa ölkələrində bu tarix fərdi məlumatların mühafizəsi mövzusuna həsr edilir. Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd edilir.
Tədbirdə dövlət orqanlarının nümayəndələri, özəl şirkətlərin, operator və internet-provayderlərin rəhbərləri iştirak ediblər. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, fərdi məlumatın saxlanılması informasiya texnologiyalarının inkişafı əsrində daha çox ön plana çıxır və vətəndaşları narahat edir.
Nazir müavini son vaxtlar dünyada fərdi məlumatların sızması hallarının çoxalmasını təəssüf hissi ilə qeyd edərək qeyd edib ki, bugünkü tədbir şəxsi informasiyanın mühafizəsinin aktual məsələlərinin bir daha müzakirəsinə yönəlib.
Tədbir iştirakçılarına məlumatların mühafizəsi üsullarına həsr edilən videoçarx nümayiş olunub. Sonra bu sahədə Azərbaycanda həyata keçirilən işlər haqqında məruzə oxunub. Xüsusilə respublikada fərdi məlumatların mühafizəsi üzrə qəbul edilən hüquqi baza, informasiya sistemlərində məlumatların toplanması, emalı və saxlanılması məsələləri barədə məlumat verilib. Daha sonra tədbirdə müzakirələr aparılaraq həm dövlət, həm də özəl təşkilatların məlumatlarının saxlanılmasının mühafizəsi sisteminin yaxşılaşdırılmasının, fərdi məlumatlara diqqətlə yanaşmanın və onun sızmasının qarşısının alınmasının, eləcə də bu sahədə qarşılıqlı əməkdaşlığın zəruriliyi haqqında fikirlər səsləndirilib.
Yekunda iştirakçılar gələcəkdə belə tədbirlərin daha geniş formatda keçirilməsinin labüdlüyünü vurğulayıblar, belə ki, bu, həm vətəndaşların fərdi məlumatların mühafizəsi sahəsində malik olduqları hüquqlar barədə məlumatlandırılması, həm də bu istiqamətdə yaranan məsələlərin öyrənilməsi və birgə müzakirəsi üçün yaxşı imkanlar açacaq.
Baxış sayı: 777
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı