12px13px15px17px
Tarix:28/01/12

Dünyanın ən böyük prosessor istehsalçısı multimedia texnologiyaları bazarına daxil olur

"İntel" korporasiyası "RealNetworks"in patent paketinə hüquq əldə etmək üçün saziş bağlayıb. Sazişin dəyəri 120 milyon dollar təşkil edir.

Yeni satınalmalar sayəsində dünyanın ən böyük prosessor istehsalçısı multimedia texnologiyalarını bazara heç bir hüquq problemi olmadan daxil edə biləcək.

Şirkətlərin birgə bəyanatında qeyd edilib ki, "RealNetworks" "İntel" korporasiyasına 190 patent, təxminən 170 patent üçün ərizə və rəqəmli videonun kodlaşdırılmasının yeni texnologiyasını satıb. "İntel" korporasiyası bildirib ki, patentlər videokonfrans, videooyunlar və rəqəmli əyləncə texnologiyaları ilə bağlıdır.



Baxış sayı: 1350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024