12px13px15px17px
Tarix:28/01/12

Artıq yeniyetmələr də “Google+” şəbəkəsində qeydiyyatdan keçə biləcəklər

“Google” şirkətinin məhsullar üzrə vitse-prezidenti Bredli Horovis bildirib ki, artıq “Google+” sosial şəbəkəsində 13-17 yaş aralığında olan istifadəçilər də qeydiyyatdan keçə biləcəklər.

Bundan əvvəl isə “Google+” şəbəkəsində rəsmi olaraq 18 yaşına çatmış və ondan yuxarı yaş kateqoriyasına aid şəxslər qeydiyyatdan keçə bilərdilər. Lakin artıq yeniyetmələr də hesab yarada biləcəklər. Onlar üçün əlavə təhlükəsizlik tədbirləri nəzərdə tutulub.

Belə ki, həddi-büluğa çatmamış şəxslərə yalnız onların “dairə”sində olan istifadəçilər mesaj göndərə bilərlər. Bundan əlavə, həddi-büluğa çatmamış şəxslərin videogörüşlərinə də məhdudiyyət qoyulub.

Yeni qeydiyyat qaydaları İspaniya, Cənubi Koreya və Hollandiyadan savayı, bir çox ölkələrdə istifadə ediləcək. Yeri gəlmişkən, “Facebook” sosial şəbəkəsində də 13 yaşdan yuxarı yeniyetmələr hesab yarada biləcəklər.

2011-ci ilin iyul ayının 28-də istifadəyə verilmiş “Google+” sosial şəbəkəsində hal-hazırda təxminən 90 milyon istifadəçi qeydiyyatdan keçib. Proqnozlara görə, “Google+” sosial şəbəkəsində 2012-ci ilin sonuna qədər
400 milyondan çox insan qeydiyyatdan keçəcək.
 




Baxış sayı: 1364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024