12px13px15px17px
Tarix:01/07/11

Lütfi Zadə : "İKT sektorunun inkişafına xüsusi önəm verilən Azərbaycanda qeyri-neft iqtisadiyyatına transformasiyadan məmnunam"

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub yazıb.
"Bu yaxınlarda mənim 90 illik yubileyimə həsr olunmuş və San- Fransiskoda keçirilmiş “Soft Kompyutinq” üzrə dünya konfransının açılış mərasimində rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Sizin adınızdan mənə “Dostluq” ordenini təqdim etdi. Məni bu yüksək ordenlə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu ordenin mənim üçün xüsusi əhəmiyyəti vardır. Çünki bu ordenlə məni Azərbaycan Respublikasının Prezidenti - Siz təltif etmisiniz. Mən Sizi dünyada əksər liderlərdən yüksəkdə duran dünya lideri kimi görürəm.
Sizin uzaqgörənliyiniz sayəsində Azərbaycan dünyada rəqabət aparan və dayanıqlı bir dövlətə çevrilmişdir. Mən informasiya texnologiyaları sektorunun inkişafına xüsusi önəm verilən Azərbaycanda qeyri-neft iqtisadiyyatına transformasiyadan məmnunam. Əminəm ki, bir neçə ildən sonra informasiya texnologiyaları, eləcə də R&D (tədqiqat və inkişaf) və yüksək texnologiyaların ixrac qabiliyyətinə görə Azərbaycan geniş regionda həqiqi liderə çevriləcəkdir.
Konfrans Azərbaycanın nümayəndə heyəti də daxil olmaqla, dünyanın hər yerindən iştirakçıların diqqətini cəlb etmişdir. Konfransın uğur qazanmasında Sizin dəstəyiniz və təşviqiniz böyük rol oynadı. Siz uzaqgörən, təşəbbüskar və cəsarətli ideyalara malik şəxsiyyətsiniz. Sizin himayəniz, dostluğunuz və güclü dəstəyinizdən şərəf hissi duyuram.
Azərbaycan getdikcə daha gözəl və cəlbedici ölkəyə çevrilir. Sizin rəhbərlik etdiyiniz bu ölkə bütün sahələrdə böyük və mütərəqqi inkişaf əldə etmişdir. Azərbaycan yaşamaq üçün ən yaxşı yerlərdən biri olacaqdır. Biz – Azərbaycanın oğul və qızları belə parlaq gələcəyi olan ölkəni görməkdən qürur hissi duyuruq. Xaricdə yaşayan həmvətənlərə göstərdiyiniz dəstəyə görə Sizə çox təşəkkür edirəm. Mənə göstərdiyiniz yüksək diqqət və qayğı buna bariz nümunədir.
Fürsətdən istifadə edərək, hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə davamlı uğurlar, bütün təşəbbüslərinizdə böyük nailiyyətlər, doğma Azərbaycana isə sülh və tərəqqi arzulayıram".



Baxış sayı: 1392

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024