Tarix:31/01/12
Yeni qaydalara əsasən, şəbəkədaxili zənglər üçün "Bakcell" abunəçiləri nömrədən qabaq 055 prefiksini yığmalıdırlar (məsələn, 055 XXX-XX-XX).
Yeni 10 rəqəmli yığım formatı şirkət tərəfindən şəbəkə infrastrukturunda mobil nömrə daşınmasının həyata keçirilməsinə hazırlıq kimi tətbiq edilir. Mobil nömrə daşınması telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir.
Başqa sözlə, mobil nömrə daşınmasının tətbiqindən sonra abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanı əldə edəcəklər.
"Zənnimcə, nömrə daşınmasının tətbiq edilməsi bazarın xeyrinə olacaq. Bu, Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaq. Biz nömrə daşınmasının tətbiq edilməsini tam olaraq dəstəkləyirik.
Digər bazarların təcrübəsi aydın şəkildə göstərir ki, istehlakçılara seçim imkanının verilməsi bazara müsbət cəhətdən təsir edir. Bizə gəldikdə isə, yeni sistem şirkətimizə korporativ və milli biznes seqmentlərində daha fəal iştirak etmək üçün şərait yaradacaq.
Hazırda Bakcell-in gəliri əsasən istehlak bazarından əldə olunur və biz müəyyən səbəblərdən rəqiblərimizin xidmətlərindən istifadə edən böyük beynəlxalq korporasiyalar və Azərbaycanda fəaliyyət göstərən böyük milli şirkətlərlə işləmək üçün geniş imkanlar görürük.
Biz inanırıq ki, istehlak bazarında qazandığımız etibar bizim həmin seqmetlərdə daha fəal iştirakımız üçün əsaslı zəmin yaradıb", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Yerli mobil operator mobil nömrələrin yeni yığım qaydasına keçir
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti yanvar ayının ortalarından etibarən öz müştərilərinə mobil nömrələrin yeni yığım qaydası haqqında məlumat verməkdədir.Yeni qaydalara əsasən, şəbəkədaxili zənglər üçün "Bakcell" abunəçiləri nömrədən qabaq 055 prefiksini yığmalıdırlar (məsələn, 055 XXX-XX-XX).
Yeni 10 rəqəmli yığım formatı şirkət tərəfindən şəbəkə infrastrukturunda mobil nömrə daşınmasının həyata keçirilməsinə hazırlıq kimi tətbiq edilir. Mobil nömrə daşınması telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir.
Başqa sözlə, mobil nömrə daşınmasının tətbiqindən sonra abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanı əldə edəcəklər.
"Zənnimcə, nömrə daşınmasının tətbiq edilməsi bazarın xeyrinə olacaq. Bu, Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaq. Biz nömrə daşınmasının tətbiq edilməsini tam olaraq dəstəkləyirik.
Digər bazarların təcrübəsi aydın şəkildə göstərir ki, istehlakçılara seçim imkanının verilməsi bazara müsbət cəhətdən təsir edir. Bizə gəldikdə isə, yeni sistem şirkətimizə korporativ və milli biznes seqmentlərində daha fəal iştirak etmək üçün şərait yaradacaq.
Hazırda Bakcell-in gəliri əsasən istehlak bazarından əldə olunur və biz müəyyən səbəblərdən rəqiblərimizin xidmətlərindən istifadə edən böyük beynəlxalq korporasiyalar və Azərbaycanda fəaliyyət göstərən böyük milli şirkətlərlə işləmək üçün geniş imkanlar görürük.
Biz inanırıq ki, istehlak bazarında qazandığımız etibar bizim həmin seqmetlərdə daha fəal iştirakımız üçün əsaslı zəmin yaradıb", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Baxış sayı: 1208
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır