12px13px15px17px
Tarix:31/01/12

Smartfonların satışı aşağı düşəcək

Rusiya istehlakçı bazarını araşdıran analitiklər bahalı telefonların, o cümlədən smartfonların satışının aşağı düşəcəyini deyirlər. Onlar bunu dünya iqtisadiyyatında baş verən maliyyə böhranı ilə əlaqələndirirlər.

www.innov.ru saytının məlumatına görə,  dünyanın aparıcı istehsalçıları artıq mobil rabitə cihazlarına istehlakçıların tələbatının zəiflədiyini bildirirlər. Yalnız geniş reklam olunan “iPhone 4S” üstünlüyünü saxlayır ki, ekspertlər də onun artan populyarlığını “Apple” şirkətinin rəhbəri Stiv Cobsun yoxluğu ilə bağlayırlar.

Digər markalar sırasında isə ötən il də “Apple” smartfonlarını satışda qabaqlayan “Samsung” brendini uğur gözləyir. Satış tempinin enəcəyi markalara gəlincə, buraya “Sony Ericsson”, HTC, “Research in Motion” və “Motorola Mobility” aid edilir. Büdcə seqmentində isə yenə də “Nokia” uğurlu mövqeyini qoruyub saxlayacaq.
 




Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024