Tarix:31/01/12
“Canalys” şirkətinin statistikası yalnız stolüstü, noutbuk və netbuk satışlarını deyil, həm də planşet tədarüklərini nəzərdə tutur. 3 ay ərzində təxminən 120,2 milyon müxtəlif tipli kompyuter satılıb. 2010-cu ilin analoji dövrü ilə müqayisədə artım 16% təşkil edib.
“Apple” şirkəti istehlak seqmentində ən iri kompyuter tədarükçüsü olub. Şirkət oktyabr ayından dekabra qədər təxminən 20,6 milyon planşet, noutbuk və stolüstü kompyuter satıb və dünya bazarının 17 faizini tutub.
“Hewlett-Packard” şirkəti 15,3 milyon satılmış kompyuter və dünya bazarında 12,7 faiz pay ilə ikinci yerdədir. “Lenovo” şirkəti isə üçüncü yeri ələ keçirməyi bacarıb: 13,5 milyon müxtəlif tipli qurğu tədarük edib, bu isə bazarın 11,2 faizi deməkdir.
Sonrakı yerləri 11,9 və 11,2 milyon satılmış kompyuter ilə müvafiq olaraq “Dell” və “Acer” şirkətləri tutublar.
“Canalys” şirkəti qeyd edib ki, Taylandda son 50 ildə baş vermiş güclü daşqın fərdi kompyuter bazarına ciddi zərbə vurub.
“Apple” istehlak bazarı üçün ən iri kompyuter tədarükçüsüdür
“Canalys” şirkəti 2011-ci ilin dördüncü rübü ilə bağlı kompyuter bazarı üzrə apardığı tədqiqatların nəticələri haqqında məlumat verib.“Canalys” şirkətinin statistikası yalnız stolüstü, noutbuk və netbuk satışlarını deyil, həm də planşet tədarüklərini nəzərdə tutur. 3 ay ərzində təxminən 120,2 milyon müxtəlif tipli kompyuter satılıb. 2010-cu ilin analoji dövrü ilə müqayisədə artım 16% təşkil edib.
“Apple” şirkəti istehlak seqmentində ən iri kompyuter tədarükçüsü olub. Şirkət oktyabr ayından dekabra qədər təxminən 20,6 milyon planşet, noutbuk və stolüstü kompyuter satıb və dünya bazarının 17 faizini tutub.
“Hewlett-Packard” şirkəti 15,3 milyon satılmış kompyuter və dünya bazarında 12,7 faiz pay ilə ikinci yerdədir. “Lenovo” şirkəti isə üçüncü yeri ələ keçirməyi bacarıb: 13,5 milyon müxtəlif tipli qurğu tədarük edib, bu isə bazarın 11,2 faizi deməkdir.
Sonrakı yerləri 11,9 və 11,2 milyon satılmış kompyuter ilə müvafiq olaraq “Dell” və “Acer” şirkətləri tutublar.
“Canalys” şirkəti qeyd edib ki, Taylandda son 50 ildə baş vermiş güclü daşqın fərdi kompyuter bazarına ciddi zərbə vurub.
Baxış sayı: 1574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır