12px13px15px17px
Tarix:31/01/12

Məşhur rus saytı Türkiyədə məşhurlaşır

Ötən ilin oktyabrında hazırlanan “Yandex. Maps” əlavəsinin Türkiyədə populyarlığı artır. www.webplaneta.de saytının yazdığına görə, bunu “Yandex”in texniki direktoru İlya Seqaloviç deyib. Onun sözlərinə görə, “Yandex. Maps” Türkiyədə artıq 100 min dəfə yüklənilib və ona qarşı artan maraq sürətlə yüksəlir.

Populyarlğın səbəblərindən biri kimi xəritə xidmətinin köməyi ilə ən böyük şəhərlərdə-İstanbul və Ankarada avtomobil yollarına nəzarət etmək imkanının olması göstərilir. Həmçinin, onun mobil versiyası Bosfor körfəzindən katerlə keçən zaman İstanbulun panoramasını çəkməyə imkan verir.


Qeyd edək ki, axtarış xidmətləri sırasında Türkiyədə xəritə xidmətini ilk olaraq “Yandex” təqdim edib və bu ölkədə onun inkişafı üçün xüsusi ofis də yaradb. Belə ki, Türkiyə axtarış sistemləri bazarı üçün ən perspektivli ölkə sayılır. “World Stats” analitik portalının məlumatlarına görə, bu ölkədə internet istifadəçiləri artıq 35 milyonu ötüb və bu rəqəm daim artır. Türkiyədə internet reklam bazarınin gəlirləri isə 2010-cu ildə 360 milyon dolları üstələyib.

“TNS”-in məlumatlarına görə, “Yandex”in 2004-cü ildə təqdim etdiyi xəritə servisinə hazırda hər gün 6 milyondan artıq istifadəçi daxil olur. 
 




Baxış sayı: 4055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024