12px13px15px17px
Tarix:31/01/12

Valideynlər övladlarının dərsə davamiyyəti ilə bağlı sms-lə məlumatlandırılacaqlar

Ölkədə həyata keçirilən “Elektron məktəb” layihəsinin növbəti mərhələsi elektron kartlarla bağlı olacaq. Layihəyə əsasən, şagird məktəbə daxil olarkən onun valideyninə bu haqda SMS göndəriləcək.

«İCTnews» elektron xəbər xidmətinin məlumatına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib ki, şagird məktəbi tərk edərkən belə, valideynlərə bildiriş veriləcək.

Onun sözlərinə görə, şagirdlərin  bədən temperaturu haqda da valideynlərinə ismarıc göndərilməsi nəzərdə tutulur: ”Amma bu, böyük vəsait tələb etdiyi üçün gələcəkdə həyata keçiriləcək”.


Məlumat üçün bildirək ki, “Elektron məktəb layihəsi”nə artıq 20 məktəb qoşulub. Onlardan 10-a yaxını Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil ocaqlarıdır. “Elektron məktəb” layihəsi çərçivəsində artıq “1 kompyuter 1 şagird”, ”SMS gündəliklər” mərhələləri həyata keçirilib. “Distant təhsil” mərhələsi isə hazırda həyata keçirilməkdədir.
 




Baxış sayı: 1272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024